Tipologiya 2014 1



Yüklə 18,22 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü18,22 Kb.
#35673


Tipologiya – 01 

 

Ş



übhəlilik səbəbi: 

Ofşor zonada qeydiyyatdan keçmiş hüquqi şəxsdən (“Ofis1” LTD) fiziki şəxsə (A 

şə

xsi) vəsait köçürülməsinə dair əməliyyatla bağlı bankdan şübhəli məlumat daxil 



olmuşdur . 

Araşdırma: 

 

Azərbaycan  Respublikasının  vətəndaşı  olan  A  şəxsi  “CAR”  MMC-nin  baş 



muhasibi  vəzifəsində  işləyir.    2000-ci  ildə  yaradılan  “CAR”  MMC-nin  fəaliyyəti 

avtomobillərin təmiri ilə məşğuldur.  

 

2011-ci ilin yanvar ayında ofşor zonada qeydiyyatdan keçmiş “Ofis 1” LTD-nin X 



ölkəsindəki  bankda  açılan  hesabından  iri  məbləğli  vəsait  A  şəxsinin  Azərbaycan 

Respublikasında qeydiyyatdan keçmiş “Az1” bankdakı hesabına köçürülür.  

 

Bu  köçürmə  “Hüquqi  şəxsdən  fiziki  şəxsə  təyinatı  məlum  olmayan  köçürmə” 



indikatoru altında şübhəli məlumat kimi MMX-nə təqdim olunur . 

 

Araşdırma  zamanı  məlum  olur  ki,  “Ofis1”  LTD  -nin  rəhbəri  olan  B,    A  şəxsinin 



qardaşıdır .    

 

Bütün  əməliyyatlar  4  yerli  bank  (“Az1”,  “Az2”,  “Az3”,  “Az4”  adlı)  və  3  xarici 



bank (“1F”, “2F”, “3F” adlı ) vasitəsilə aparılmışdır.  

 

Xarici  ölkələrdən  köçürmə  əməliyyatlarının  təyinatı  “alqı-satqı  (texniki 



avadanlığın  alınması)  müqaviləsinə  əsasən  ödəniş”  kimi  qeyd  olunmuş  və  bütün 

vəsaitlər “Ofis1” LTD hüquqi şəxsindən A fiziki şəxsinə köçürülmüşdür.  

 

Vəsaitlərin leqallaşdırılması prosesi: 

 

Ümumi vəsait axını 12 mln AZN təşkil edir.  



 

A şəxsi “CAR” MMC-nin vəsaitlərini müxtəlif müqavilə və saxta sövdələşmələrlə 

mənimsəyərək,  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  yerli  banklarda 

şə

xsi hesablarına nağd mədaxil etmişdir.  



 

Yerli banklardakı hesablarında toplanan vəsaitləri 2 il ərzində X ölkədəki 3 bankda 

sahib olduğu şəxsi hesablarına  köçürmüşdür. 



 

Həmin  vəsaitlər  ofşor  zonada  A  şəxsinin  təsisçisi  olduğu  2  hüquqi  şəxsin  bank 

hesablarına transfer edilmişdir. 

 

A  şəxsinin  qardaşına  məxsus  “Ofis1”  LTD-nin  X  ölkədəki  bank  hesabına  nağd 



şə

kildə  mədaxil  edilən  vəsaitlər,  A  şəxsinin  Azərbaycan  Respublikasındakı  yerli 

banklarda mövcud olan hesablarına köçürülmüşdür.  

D

ir



e

k

to



r

T

ə



s

is

ç



i

D

ö



v

riy


y

ə

 -



1

2

 



m

ln

 E



U

R

 



 

A şəxsi haqqında məlumatlar:  

 

A şəxsi 2010-2012-ci illər ərzində ümumi məbləği 4 mln AZN təşkil edən daşınar 



və daşınmaz əmlak əldə etmişdir.  

 

Kazino hesablarına iri məbləğli vəsaitlər köçürmüşdür.  



 

Ofşor zonada qeydiyyatdan keçmiş 2 hüquqi şəxsin təsisçisi və direktorudur. 

 

2  dəfə  xarici  ölkələrə  səfəri  zamanı,  hər  birində  80 000  EUR  məbləğində  vəsaiti 



Gömrük  orqanına  bəyan  etməmişdir  və  bu  səbəbdən  A  şəxsi  haqqında  həmin 

ölkələrin MKO-a şübhəli məlumat göndərilmişdir. 

 



Ş

übhəlilik indikatorları: 

 

Mütəmadi hüquqi şəxsdən fiziki şəxsə qeyri-aydın təyinatlı iri məbləğli vəsaitlərin 



köçürülməsi 

 

Hesaba köçürülən vəsaitlərin nağd məxaric edilməsi 



 

Xarici  ölkələrin  gömrük  orqanlarında  bəyan  edilmədən  iri  məbləğli  vəsaitlərin 

sərhəddən keçirilməsinə cəhd edilməsi 

 

Kazino və qumar oyunlarında iri məbləğli vəsaitlərin dövriyyəsi 



 

Ofşor zonada qeydiyyatdan keçmiş  hüquqi şəxslərin təsisçisi olması 



 

 

 



 

Yüklə 18,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə