AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT İMTAHAN MƏRKƏZİ
NAMİZƏDİN
YADDAŞ
KİTABÇASI
(ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı)
Aşağıdakıları imtahana gətirmək qadağandır:
İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt
və başqa yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, bu vasitələr
və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.
İmtahanının nəticələrini
www.dim.gov.az
internet səhifəmizdən öyrənə bilərsiniz!
2017
2
İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA
ƏMƏL ETMƏLİSİNİZ:
1.
Siz imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz
binanın qarşısına gəlməli, özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan,
mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş,
qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlisiniz:
-
İmtahana buraxılış vərəqəsi»ni;
-
Şəxsiyyət vəsiqəsi.
DİQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!
2.
Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata
keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana
buraxılış vərəqənizdə göstərilmiş müvafiq kodlu zala gedin.
NAMİZƏDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:
1.
İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan
sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb
nəzarətçiyə müraciət edin.
2.
İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd
göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. Cavab kartındakı
məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də cavab kartı ilə işləyərkən
ehtiyatlı olun. Dairələri tam qaralayın (nümunə), kartın əks üzünün qabarmaması
üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.
3.
Sizə məxsus cavab kartının 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və
atanızın adı çap edilmişdir. Özünüz haqqında çap edilmiş həmin məlumatları yoxla-
yın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq
gətirin.
2-ci bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol
verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. Cavab kartında
özünüz haqqında yazdığınız məlumatların düzgünlüyünü və Bəyannamə ilə tanış
olduğunuzu imzanızla təsdiq edin.
3-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı çap edilmişdir.
4-cü bölmədə iş nömrənizin hər bir rəqəmini ardıcıl olaraq damalara yazıb, hər bir
damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni qaralayın. Bu
zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır. Bu bənddə həmçinin
soyadınızı, adınızı, atanızın adını müvafiq sətirlərə yazın.
4.
Sonra sizə cavab kartınızda göstərilmiş varianta uyğun və üzərində sizin iş nömrəniz,
soyadınız, adınız və ata adınız çap edilmiş sual kitabçası paylanılır.
DİQQƏT! Sizə verilən sual kitabçasının üzərində iş nömrəniz, soyadınız, adınız
və atanızın adı çap edilmişdir. Kitabça sizə məxsus deyilsə və ya cavab kartının 3-
cü bölməsində çap edilmiş varianta uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət
edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınız cavab
kartınızda göstərilmiş varianta uyğun sual kitabçasının doğru cavabları ilə
3
müqayisə ediləcəkdir. Sual kitabçasının sizə düzgün təqdim olunduğuna əmin
olun.
Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap
qüsurlarının olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa, onların aradan
qaldırılması üçün nəzarətçiyə müraciət edin.
5.
“İmtahan başlandı!” elan edilən andan suallara cavab vermək üçün ayrılan 1 saat
vaxtdan səmərəli istifadə edin. Cavabların cavab kartında qeyd olunması (uyğun
dairələrin qaralanması) üçün sərf olunan vaxt bu müddətə daxildir.
6.
Sizə məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən 40 sual təqdim olunur.
Onlardan 30 sual çox seçimli, 10 sual isə açıq test tapşırıqlarıdır. Cavab kartının
çoxseçimli test tapşırıqlarının cavablar üçün ayrılmış birinci hissəsi sual
kitabçasındakı sualların ardıcıllığına uyğun olaraq 1-dən 30-dək sıralanmışdır.
Cavablarınızı yazarkən hər bir sualın cavabını cavab kartında həmin suala uyğun
sırada qeyd edin. Sual kitabçasında hər suala verilmiş beş cavabdan (bunlar A, B, C,
D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və
cavab kartında ona uyğun dairəni qaralayın. Əgər bir suala cavab olaraq iki və daha
çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.
Cavab kartının açıq testlərin cavabları üçün ayrılmış ikinci hissəsində isə sual
kitabçasının 31-dən 40-a qədər olan suallarının hər birinin cavabını müvafiq olaraq
təqdim edilmiş damalara soldan sağa olmaqla yazın və sonra hər damanın altındakı
sütunda müvafiq rəqəmi tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Bir sütunda iki
və daha çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.
Hər bir sualın düzgün cavabı bir balla qiymətləndirilir (cəmi 40 mümkün bal) və
nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. Suala
düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması sıfır balla qiymətləndirilir.
Unutmayın! Ballarınız hesablanarkən yalnız cavab kartında qaraladığınız
cavablar nəzərə alınır.
DİQQƏT! Cavab kartınızın yanınızda əyləşən namizəd tərəfindən yanlışlıqla
korlanmasının qarşısını almaq üçün onu əlinizin altında saxlayın. Korlanmış cavab
kartı dəyişdirilmir. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız.
DİQQƏT! Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, sizin
cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma
zamanı köçürmə faktı aşkar edilərsə həm köçürənin, həm də köçürməyə şərait
yaradanın imtahan nəticələri ləğv olunacaqdır.
7.
Hesablamaları və qeydləri aparmaq üçün sual kitabçasında boş yerlər nəzərdə
tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir.
8.
“İmtahan başlandı” elan olunduqdan “İmtahan qurtardı” elan olunana qədər imtahan
zalından çıxmaq qəti qadağandır.
9.
“İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı və sual kitabçanızı mütləq
nəzarətçiyə təhvil verin. Cavab kartınızı və sual kitabçanızı nəzarətçiyə təhvil
verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.
10.
Cavab kartınızı və sual kitabçanızı nəzarətçiyə təhvil verdikdən sonra ona imtahana
buraxılış vərəqəsində imza etdirməlisiniz.
DİQQƏT! Cavab kartının və sual kitabçasının təhvil verilməsinə görə namizəd
şəxsən məsuliyyət daşıyır.
4
11.
Siz cavab kartlarının sayılıb zərfə qoyularaq bağlanmasında iştirak edib, zərfin
üzərindəki aktı imzalaya bilərsiniz.
NAMİZƏDƏ QADAĞANDIR:
-
saxta sənəd təqdim etmək;
-
imtahana öz yerinə başqasını göndərmək;
-
imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron
cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa
yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
-
yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına
girmək, özü ilə siqaret gətirmək;
-
sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib
yenidən geri dönmək;
-
nizam-intizam qaydalarını pozmaq;
-
zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın
gedişinə mane olmaq;
-
başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına və sual
kitabçasına başqasının baxması üçün şərait yaratmaq;
-
“İmtahan başlandı!” elan olunan andan “İmtahan qurtardı” elan olunanadək imtahan
zalından çıxmaq;
-
nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
-
cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından
çıxmaq.
DİQQƏT! Belə hallara yol verən namizədlər imtahandan xaric olunacaq və
onların imtahan nəticələri DİM tərəfindən ləğv olunacaqdır.
DİM-in namizədin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar
etmək üçün müxtəlif üsulları vardır.
İmtahanda hər hansı bir pozuntuya və saxtakarlığa yol verməsinə görə (saxta
sənəd təqdim etmə, köçürmə, köçürməyə şərait yaratma, imtahana öz yerinə başqasını
göndərmə və qəbul qaydalarına zidd digər hərəkətlər) namizədin imtahan
nəticələrinin ləğv olunması və onun haqqında müvafiq hüquqi tədbirlərin görülməsi
nəzərdə tutulmuşdur. Siz cavab kartının 2-ci bölməsində belə hallara yol
verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız.
Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq
nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və ya
DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin.
Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi
zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra sizin
onlara sual verməniz, onların sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün
müraciət etməsi imtahan qaydalarına ziddir.
Nəzarətçi müəllimlərin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa,
bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin. İmtahan binasından
çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır.
Sizə müvəffəqiyyətlər arzulayırıq!
Dostları ilə paylaş: |