Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Təhsil  və  ya  tibb  müəssisələrində  sanitariya-gigiyena  və  epidemiya 
əleyhinə rejimlərin pozulmasına görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 217.  Nəqliyyatda  sanitariya  normalarının  və  qaydalarının, 
gigiyena normativlərinin pozulması 
  
Qanunvericiliklə 
müəyyən 
edilmiş 
sanitariya 
normalarının 
və 
qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə- 
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və 
digər  bioloji  mayelərlə  təması  nəzərdə  tutan  digər  xidmətlər  göstərilərkən 
universal təhlükəsizlik tədbirlərinin pozulması 
  
Tibbi,  kosmetoloji,  bərbərxana  xidmətləri,  eləcə  də  qan  və  digər  bioloji 
mayelərlə  təması  nəzərdə  tutan  digər  xidmətlər  göstərilərkən  universal 
təhlükəsizlik tədbirlərinin pozulmasına görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş 
yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min 
beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 219.  Yaşayış  məntəqələrinin  və  ya  müəssisələrin,  onların 
buraxılış  komplekslərinin,  binalarının,  qurğularının  layihələşdirilməsi, 
tikilməsi,  yenidən  qurulması,  təkmilləşdirilməsi,  yeni  texnika  ilə  təchiz 
olunması  zamanı  sanitariya-epidemioloji  salamatlığı  təmin  etməyə 
yönəldilmiş normaların, qaydaların və normativlərin pozulması 
  
Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara, 
qaydalara və normativlərə əməl etmədən, müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırılmadan  yaşayış  məntəqələrinin  və  ya  mülkiyyət  formasından  asılı 
olmayaraq  müəssisələrin,  onların  buraxılış  komplekslərinin,  binalarının, 
qurğularının 
layihələşdirilməsinə, 
tikilməsinə, 
yenidən 
qurulmasına, 
təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz 
manatdan  üç  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  dörd  yüz  manatdan  altı  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 220.  Əhalinin  qidalanmasının  təşkilinə,  yeyinti  məhsullarının 
istehsalına,  saxlanmasına,  daşınmasına  və  satışına  dair  sanitariya 
normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması 
  
220.1.  Xüsusi  təşkil  olunmuş  yerlərdə  (yeməkxanalarda,  restoranlarda, 
kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin 
və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair 
sanitariya 
normalarının 
və 
qaydalarının, 
gigiyena 
normativlərinin 
pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan 
iki  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  iki  yüz  manatdan  dörd  yüz  manatadək 
məbləğdə cərimə edilir.
 
220.2.  Yeyinti  məhsullarının  istehsalı,  saxlanması,  daşınması  və  satışı 
zamanı  sanitariya  normalarının  və  qaydalarının,  gigiyena  normativlərinin 
pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan 
iki  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  iki  yüz  manatdan  dörd  yüz  manatadək 
məbləğdə cərimə edilir.
 
 
 
Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
 
 
 
Bilə-bilə  keyfiyyətsiz,  normativ-texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət 
qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından  keçməmiş  dərman 
vasitələrinin  satışı,  satış  məqsədi  ilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta 
dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, 
bu əməllər az miqdarda törədildikdə- 
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun 
dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə  222.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında  qanunvericiliyin 
pozulması 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Ekoloji  təmiz  kənd  təsərrüfatının  tələblərinə  cavab  verməyən  kənd 
təsərrüfatı  və  ərzaq  məhsullarına  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 
məhsullarının  milli  əmtəə  nişanının  vurulmasına,  ekoloji  təmiz  kənd 
təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən 
həmin  məhsulların  ənənəvi  üsullarla  istehsal  edilmiş  məhsullarla 
qarışdırılmasına və spesifikliyinin qorunmamasına görə- 
fiziki  şəxslər  əlli  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində, 
hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
 
  
Maddə  223.  Rəsmi  tibbi  icazə  sənədləri  olmadan  bədən  tərbiyəsi  və 
idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma 
  
Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları 
tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi 
icazə  sənədləri  olmadan  bədən  tərbiyəsi  və  idmanla  məşğul  olmağa  cəlb 
edilməsinə və ya idman yarışlarına buraxılmasına görə- 
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 224. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və 
ya istifadəni təbliğ etmə 
  
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni 
təbliğ etməyə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan 
iki yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  225.  Dərman  vasitələrinin  və  qidaların  tərkibinə  dopinq 
vasitələri  əlavə  etməklə  onların  saxtalaşdırılması,  satılması,  həmçinin 
dopinq  vasitələrinin  hazırlanmasının,  istehsalının,  istifadəsinin  vasitə  və 
metodları,  onların  əldə  edilməsi  mümkün  olan  yerlər  haqqında 
məlumatların yayılması 
  
225.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə 
etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə