Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
234.0.  Atmosfer  havasının  mühafizəsi  sahəsində  qanunvericiliyin 
pozulmasına, yəni: 
234.0.1. müvafiq  icra  hakimiyyəti  orqanının xüsusi  icazəsi  olmadan 
atmosfer havasına zərərli maddələrin atılmasına; 
234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki 
təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və 
cihazlardan istismar qaydalarının pozulmasına; 
234.0.3.  atmosfer  havasının  mühafizəsi  haqqında  qanunvericiliyin 
tələblərinə  cavab  verməyən  yeni  və  yenidən  qurulmuş  qurğuların  və 
avadanlığın istismara verilməsinə; 
234.0.4.  atmosfer  havasının  mühafizəsi  sahəsində  qanunvericiliklə 
müəyyən  edilmiş  tələblərə  cavab  verməyən  və  atmosfer  havasına  zərərli 
maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmanı nəzərə 
almayan  kəşflərin,  ixtiraların,  səmərələşdirici  təkliflərin,  yeni  texniki 
sistemlərin, maddələrin tətbiq edilməsinə, yaxud bu cür texnoloji avadanlığın 
idxal edilməsinə; 
234.0.5.  sənaye  və  məişət  tullantılarının  toplanması,  yandırılması,  bitki 
aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və 
digər  preparatların  daşınması,  saxlanması,  tətbiqi  qaydalarının  pozulması 
nəticəsində atmosfer havasının çirklənməsinə
234.0.6.  müəssisə,  idarə  və  təşkilatların  yerləşdiyi  yerlərdə  atmosfer 
havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min  beş 
yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 235.  Radioaktiv  maddələrlə  iş  zamanı  ekoloji  tələblərin 
pozulması 
  
235.1.  Radioaktiv  maddələrin  daşınmasının,  basdırılmasının,  nəql 
edilməsinin 
və 
ya 
istehsalının 
müəyyən 
edilmiş 
qaydalarının 
gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması 
və aradan qaldırılması üzrə tədbirlər görülməməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç 
min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş 
min manatdan on səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
235.2.  Ətraf  mühitin  radioaktiv  çirklənməsi  aşkar  edildikdə,  bu  barədə 
müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə- 
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç 
min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 236. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə 
və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması 
  
236.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən 
qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına 
görə- 
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
236.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların 
bərpası  və  səmərəli  istifadəsi,  ərazilərin  abadlaşdırılması  və  ətraf  mühitin 
sağlamlaşdırılması ilə bağlı tədbirlər görülməməsinə görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi 
şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 237.  Müəssisələr,  qurğular  və  başqa  obyektlər  istismara 
verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması 
  
237.1.  Yol  verilə  bilən  son  hədlərin  normativləri  səviyyəsində  zərərli 
maddələrin  və  tullantıların  zərərsizləşdirilməsi  və  istifadə  edilməsi  üzrə 
təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların 
səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası  üzrə layihələşdirmə 
işləri  başa  çatdırılmadan  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin 
istismara verilməsinə görə- 
vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi 
şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
237.2.  Ətraf  mühitə  buraxılan  tullantıların  təmizlənməsi  və  tullantılara 
nəzarət  üçün  qurulmuş  qurğuların,  avadanlığın,  aparatların  istismar 
qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç 
min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi 
min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 238.  Ətraf  mühitə  buraxılan  tullantılarında  müəyyən  edilmiş 
normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, 
idxalı, istismara buraxılması 
  
238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici maddələrin yol 
verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin 
müəyyən  edilmiş  normativlərə  və  standartlara  uyğun  olmayan  nəqliyyat 
vasitələrinin istehsalına və ya idxalına görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər on iki min beş yüz manatdan on beş min manatadək məbləğdə cərimə 
edilir.
 
238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş normadan 
artıq  çirkləndirici  maddələr  olan  nəqliyyat  vasitələrinin  istismara 
buraxılmasına görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş 
yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 239.  Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqinin  və  ya 
təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin  uçot  və  hesabatının 
aparılmaması 
  
Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqinin,  yaxud  ekoloji 
cəhətdən  təhlükə  törədə  bilən  təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin 
uçotunun və hesabatının aparılmamasına görə- 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının 
pozulması
 
 
 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  mövcud  standartlar  və  texniki 
tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə