Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsinin  sahilboyu  20-50 metrlik  zolağının  altında  olan  torpaq  sahələri  ilə 
bağlı tələblərin pozulmasına, yəni: 
248.1.1.  həmin  torpaq  sahələrinin  müvafiq  icra  hakimiyyəti  orqanının 
icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; 
248.1.2.  həmin  torpaq  sahəsinin  müvafiq  icra  hakimiyyəti  orqanının 
icazəsi  ilə  hasara  alma  yolu  ilə  və  ya  digər  üsullarla  bağlanılması  zamanı 
Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsində  nəzərdə  tutulmuş 
hasarlanma  və  bağlanma  üçün  istifadə  edilən  tikinti  konstruksiyalarının 
dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya 
dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya 
tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin 
mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə 
birbaşa keçidin təmin olunmamasına; 
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi 
ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq 
sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasınagörə - 
fiziki  şəxslər  dörd  min  manat  məbləğində,  vəzifəli  şəxslər  səkkiz  min 
manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. 
248.2.  Bu  Məcəllənin  248.1-ci  maddəsində  nəzərdə  tutulmuş 
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında 
qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 
fiziki  şəxslər  beş  min  manat  məbləğində,  vəzifəli  şəxslər  on  min  manat 
məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir. 
  
Maddə  249.  Torpaq  sahələrinin  tikinti  üçün  ayrılması  qaydalarının 
pozulması 
  
Vəzifəli  şəxs  tərəfindən  ərazilərin  zonalaşdırılması,  tikintinin  növü  və 
miqyası  ilə  bağlı  müfəssəl  qaydalar  və  yaşayış  məntəqələrində  yanaşı 
sahələrdə  tikinti  aparılmasının  əsas  şərtləri  pozulmaqla  torpaq  sahələrinin 
(magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan  elektrik 
şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, 
su  təchizatı  və  kanalizasiya  sistemlərinin  texniki  qurğularının,  neft 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
buruqlarının,  avtomobil  yollarının  və  ya  suların  mühafizə  zonalarındakı 
torpaq  sahələri,  habelə  kənd  təsərrüfatı  təyinatlı  torpaqlar istisna  olmaqla) 
tikinti üçün ayrılmasına görə - 
iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 250. Mərz nişanlarının məhv edilməsi 
  
Mülkiyyətdə  və  ya  istifadədə  (icarədə)  olan  torpaqların  hüdudlarının, 
mərz nişanlarının məhv edilməsinə görə - 
yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  251.  Torpaq  sahələrində  meteoroloji  şəbəkələrin,  ölçmə 
vasitələrinin  və  digər  vasitələrin  sıradan  çıxarılması  və  torpaqların 
kateqoriyalarının dəyişdirilməsi 
  
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, 
geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə - 
fiziki  şəxslər altı yüz  manatdan səkkiz yüz  manatadək məbləğdə, vəzifəli şəxslər 
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən 
torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə - 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə - 
fiziki  şəxslər altı yüz  manatdan səkkiz yüz  manatadək məbləğdə, vəzifəli şəxslər 
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 252.  Meşəqırma  fondundan  istifadənin,  oduncağın  tədarük 
edilib daşınması qaydasının pozulması 
  
Meşəqırma  fondundan  istifadənin,  oduncağın  tədarük  edilib  daşınması 
qaydasının pozulmasına görə - 
fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min 
beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və 
kolların  qanunsuz  kəsilməsi  və  zədələnməsi,  meşə  bitkilərinin  və  cavan 
ağacların məhv edilməsi və zədələnməsi 
  
253.1. Meşəqırma  bileti  (orderi)  olmadan  meşə  fondunda  köküstə  yaş 
ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə 
əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və 
tinglərin,  yaxud  meşənin  bərpa  edilməsi  üçün  müəyyən  olunmuş  sahələrdə 
təbii  əmələ  gəlmiş  cavan  ağacların  və  cücərtilərin  məhv  edilməsinə  və  ya 
zədələnməsinə görə - 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd 
min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
253.2. Meşə  fonduna  aid  olmayan  ağac  və  ya  kol  əkililərinin 
zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə - 
fiziki  şəxslər  iki  min  iki  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə, 
vəzifəli  şəxslər  dörd  min  manatdan  yeddi  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər 
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
253.3. Eyni inzibati xəta: 
253.3.1. şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  yerləşən  yaşıllıq 
sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir 
ağacın  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə 
görə - 
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 
iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan 
on beş min manatadək məbləğdə cərimə edilir;
 
253.3.2. magistral  avtomobil  yollarının  və  dəmir  yolunun  mühafizə 
zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, 
hər  bir  ağacın  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə, 
habelə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  lazımi  icazə  olmadan 
kəsilməsinə görə - 
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan 
on iki min manatadək məbləğdə cərimə edilir;
 
 253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da 
daxil  olmaqla)  mühafizə  zolağında  yerləşən  yaşıllıq  sahələrində  lazımi  icazə 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə