142
çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk
etməlidirlər.
155.2. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların (vəzifəli
şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra
edilir.
155.3. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda,
onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən
olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.
155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən
getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması
məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra
edilir.
155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati
qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin
çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin
çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi
onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul
edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə
düşür.
155.6. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra,
143
çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
155.7. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli
gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara
zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinə uyğun olaraq həll edilir.
Maddə 156. İnzibati həbs haqqında qərarın icrası
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar
çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir.
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında
saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs
edilənlər şəxsi axtarışdan keçirilir.
156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs
müddətinə daxil edilir.
XÜSUSİ HİSSƏ
VI BÖLMƏ
İNZİBATİ XƏTALAR
FƏSİL 20
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
144
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə
görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və
ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az
ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında
qanunvericiliyin pozulması
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz
məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun
mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan,
gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə
asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə
yönəlmiş hərəkətlərə görə-
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi
şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
145
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-
dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət
göstərməsinə görə-
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs”
dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə
tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən
boyun qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı
olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən
sonra da müalicədən boyun qaçırmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın
immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin
müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna
yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin
146
səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da
müayinədən boyun qaçırmasına görə-
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə
edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın
immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma
mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub,
insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan
şəxsin adının gizlədilməsinə görə-
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan
xidməti haqqında qanunvericiliyin pozulması
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi
və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop
maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın
verilməməsinə görə-
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.
162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan
komponentlərinin götürülməsinə görə-
Dostları ilə paylaş: |