Azərbaycan respublikasinin naziRLƏr kabineti SƏRƏncam



Yüklə 8,95 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü8,95 Kb.
#27591

background image
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

 

 

SƏRƏNCAM

 

 



 

№ 75s


 

 

 



Bakı şəhəri, 30 mart 2012-ci il

 

 

 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  17  aprel  tarixli  388  nömrəli 



Fərmanı  ilə  təsdiq  edilmiş  “Texniki  yardım  və  qrant  alınmasına  dair  sazişlərin 

bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndinə əsasən:

 

1.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2012-ci  il  7  mart 



tarixli 57s nömrəli  sərəncamı  ilə  verilmiş  səlahiyyətə  əsasən,  2012-ci  il  martın  9-da 

Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 

və  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı  arasında  “Böyük  Qafqaz 

regionunda  zəif  dağ  icmaları  tərəfindən  su  və  daşqınlar  üzrə  idarəetməyə  iqlim 

dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi təsdiq edilsin (əlavə olunur).

 

2.  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyinə  tapşırılsın  ki,  bu 



sərəncamın 1-ci hissəsində göstərilən layihənin həyata keçirilməsi ilə əlaqədar lazımi 

tədbirlər  görsün  və  layihəyə  ayrılan  texniki  yardımın  istifadəsinə  dair  məlumatı 

Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi  ilə  razılaşdırmaqla,  ildə  bir 

dəfədən az olmayaraq, zəruri hallarda tələb olunduqda və layihə tam başa çatdıqdan 

sonra yekun hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

3.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyinə  tapşırılsın  ki,  bu 



sərəncamın  1-ci  hissəsində  göstərilən  layihənin  qüvvəyə  minməsi  üçün  zəruri 

dövlətdaxili prosedurların yerinə  yetirilməsi  barədə  Birləşmiş  Millətlər  Təşkilatının 

İnkişaf Proqramına müvafiq bildiriş göndərsin.

 

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının

 

 

 

Baş naziri

 

Artur Rasi-zadə



 

 

 



 

Yüklə 8,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə