|
Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi
|
səhifə | 143/152 | tarix | 11.05.2022 | ölçüsü | 286,91 Kb. | | #86656 |
| 844-2015C.3. Ölçü alətləri
Ölçü alətlərinə aşağıdakılar daxildir:
C.3.1 Ventilyasiya olunan və nümunələrlə dolu vəziyyətdə ya (30 ± 2) %, ya da (90 ± 5) % nisbi rütubət şəraitində (23 ± 2)o C temperaturunu saxlamaq qabiliyyəti olan Kondisiyalaşdırma kamerası.
Kondisiyalaşdırma kamerasındakı rütubət qeydə alınmalıdır.
C.3.2 Nümunə kütləsinin 0,1%-inə qədər dəqiqliyə malik Balans.
C.3.3 0,02 mm ölçmə dəqiqliyi ilə nümunələrin uzunluğunu ölçən Metal ölçü aləti.
C.4 Nümunənin hazırlanması
Nümunələrin standartın ölçü tələblərinə (bax 7.3.7.3) cavab verməsi üçün hazırlayın və sınağa qədər kondisiyalaşdırın (bax 7.3.7.4).
C.5 Sınaq proseduru
a) Nümunələri kondisiyalaşdırma kamerasından çıxarın və dərhal uzunluqları və çəkilərini ölçərək nəticələri qeyd edin.
b) Kondisiyalaşdırma kamerasında nümunələri əvəzləyin və temperaturu (23 ± 2)oC-də saxlamaqla rütubəti (90 ±5)%-dək yüksəldin.
c) Nümunələr sabit vəziyyətə gəldikdə (yəni, 24 saat ərzində nümunənin çəki itkisi və ya çəkisinə əlavə nümunənin çəkisinin 0,1%-ni keçməsin), nümunələrin çəkisini təkrar ölçün və dərhal uzunluqlarını ölçün. Bu nəticələri qeydə alın.
Dostları ilə paylaş: |
|
|