Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

64 
 
tapşırığı verilir. Sonra hər bir başlıqdan mətnin 
mövzusunu dəqiqləşdirən və ya detallara bölən 
yarımbaşlıqlar tərtib edilir.  
3.  “Baş su kəməri”.  Şəhərin (kəndin) içməli su ilə 
təchizatı ilə sosial baxımdan bağlı olan və əhəmiyyət 
kəsb edən hər hansı bir fakt seçilir və ardıcıllıqla 
xronika, məqalə, informasiya, müsahibə, reportaj və 
hesabat janrlarında materiallar verilir. Bu tapşırıqda 
əsas məqsəd müxtəlif janrlarda işləmək metodikasını 
dəqiqləşdirməkdən ibarətdir.  
4.  “Birinci fraza”. Hələ yazmadığınız material üçün 20-
dək ilkin fraza yazın. Fraza oxucunun diqqətini cəlb 
etməli, onu maraqlandırmalı, materialı axıradək 
oxumağa sövq etməlidir.  İdeal frazada həm mövzu, 
həm mətnin ideyası – başlıca fikir, həm də müəllifin 
olaya  şəxsi münasibəti öz əksini tapmalıdır. Bu 
tapşırıqda  əsas məqsəd jurnalist mətnində birinci 
frazanın rolunu qiymətləndirməkdən ibarətdir. 
5.  “Canlı nitq”. Tələbələrə texniki vəsaitin  
(maqnitofon, diktofon, videokamera və s.) 
 
köməyindən istifadə edilmədən, müəllif leksikasının 
xüsusiyyətləri saxlanılmaqla, 10 dəqiqəlik “canlı” nitq 
(məsələn, küçədə, təntənəli tədbirdə, tok-şouda və s.) 
parçası  yazmaq təklif olunur. Tapşırığın başlıca 
məqsədi  əvvəlcədən gözlənilməyən situasiyalarda 
jurnalistin yazma texnikasına yiyələnməsinə kömək 
etməkdən ibarətdir. 


65 
 
6.  “Dadlı sözlər”.  “Yaxşı  əhval-ruhiyyə  nədir?” 
frazasını izah etməyə çalışın.  Əgər dəqiq epitetlər 
(məsələn, qızılgül, şipşirin, yasəmənlik, ətürpərdən və 
s.) seçə bilsəniz, oxucuda hiss olunan assosiasiyanın 
əmələ  gəlməsinə nail ola bilərsiniz. TƏBİƏT, 
GÖZƏLLİK, CEYRAN, SÜLH, DİPLOMAT, 
YAXTA sözlərinə epitetlər seçməyə cəhd göstərin. 
7.  “Dialoq”.  İki nəfərin (iki ekspertin, iki gəncin, iki 
təqaüdçünün və s.) dialoqu vasitəsi ilə regionda 
məşhur olan bir şəxsi (siyasətçi, yazıçı, alim) təsvir 
edin. 
8.  “Dövrün  əlamətləri”.  İnternetdə, televiziyada, evdə, 
küçədə  aşağıdakı frazaları tez-tez eşitmək olar: 
“Ekoloji vəziyyət çox pisdir”, “Meyvənin, tərəvəzin 
tərkibi pesdisidlərlə doludur”, “Narkomaniya millətin 
məhvidir” və s. Bütün bunlar dünyanın ayrı-ayrı 
regionlarında müasir dövrün əsas  əlamətləridir. Bu 
frazaların hər birinə aid on əlamət yazın. Bu 
tapşırıqda  əsas məqsəd ictimai əhəmiyyət kəsb edən 
problemlərin düzgün ifadə edilməsindən ibarətdir. 
9.  “Fraza-təsvir”.  Jurnalistin hazırladığı materialda nə 
barədəsə yalnız məlumat vermək yox, eyni zamanda 
hadisənin təsvirini vermək də olduqca vacibdir. Bəzi 
janrlarda, məsələn, reportajda jurnalist “iştirakçı 
effekti” yaratmalıdır. Məsələn, jurnalist yaza bilər: 
“O, düzgün hərəkət etmədi.” Bu halda oxucunun 
jurnalistin yazdığına inanmaqdan başqa ayrı seçimi 
olmur. Həmin mənzərəni belə  də  təsvir etmək olar: 


66 
 
“O, sir-sifətini əyişdirdi, qarnını tutdu və mənə tualetə 
getmək lazımdı dyib, danışıqlar zalını  tərk etdi”. 
Oxucu bu mənzərəni gözləri qarşısında canlandıra və 
belə nəticəyə gələ bilər ki, həmin şəxs səmimiyyətdən 
uzaq hərəkət etmişdir. Tapşırıq – bu frazaları “təsvir 
edin”: MÜHARİBƏ 
İNSANLARA FACİƏ 
GƏTİRİR; BU GÖLÜN SUYU QURUYUR; O 
NARKOMANDIR. TERROR İNTERNET 
VASİTƏSİ İLƏ HƏYATA KEÇİRİLİR.  
10. “Jest və mimika”. Danışıqlarda iştirak edən 
diplomatların; imtahan verən tələbələrin;  aeroportun 
yaşıl zonasında növbə zamanı  sərhədçilərin; meşəni 
qıran odunçuların bir-biri ilə baxışlarını, jest və 
mimikalarını təsvir edin, mənalarını açmağa çalışın.  
11. “İki baxış”. TERRORA münasibətdə iki baxış 
formalaşdırmaq. NARKOMANİYAYA iki baxış. 
ƏHALİ ARTIMINA iki baxış. MİQRASİYAYA iki 
baxş. ORDUYA iki baxış. İŞĞALÇIYA münasibətdə 
iki baxış. Calışma ictimai əhəmiyyət kəsb edən 
problemlərin təhlili üçün vərdişlərin  formalaşmasına 
şərait yaradır.  
12. “İkisi bir almadı  ...”. Tələbələr nədəsə bir-birlərinə 
bənzəyən (yaş, təhsil, təcrübə, natiqlik məharəti, 
siyasi mövqe və s.) bir neçə siyasi lider seçir, sonra 
isə bu oxşarlığın hansısa nəticə və kuryozlarını təsvir 
edirlər. Tapşırığın məqsədi fərdi halda sosial 
çalarların axtarılıb-tapılmasından ibarətdir. 


67 
 
13. “İsim + fel”. Yalnız isim və feldən istifadə edərək, 
avtobusa partladıcı maddə qoymaq istəyən 
terrorçunun davranışını təsvir edin. 
14. “Lid”. Müəllim tərəfindən verilmiş  mətnə bir neçə 
müxtəlif lid yazın. Məsələn, “təcili identifikasiya”, 
lid-sitat, lid-hekayə, cəlbedici lid və s. 
15. “Mülahizə”. “Meşəbəyinin tərifi” mövzusu 
(variantlar müxtəlif cür ola bilər) üçün mülahizə 
üslubunda 10-15 cümlədən ibarət mətn yazın.  
16. “Nağıl”.  Tələbələr hər hansı bir nağılı seçir (siyasi 
motivli nağıl olsa, daha yaxşıdır), sonra isə onu 
məqalə, hesabat, müsahibə, reportaj, korrespon-
densiya və  s.  kimi  tərtib edərək, orada olan 
informasiyanı jurnalist informasiyasına çevirirlər. 
Tapşırığın məqsədi “jurnalist informasiyası” 
anlayışının mahiyyətini dəqiqləşdirməkdən ibarətdir. 
17. “Necə”. “Necə” (sanki, elə bil) sözü ilə müqayisələrin 
aparılması mətni daha parlaq və bədii edir. Tələbələrə 
“necə” sözü vasitəsi ilə müqayisədən istifadə edərək  
obraz yaratmaq təklif olunur. Birinci variant - bunun 
üçün müəllim  əvvəlcədən tələbələrin müqayisə üçün 
seçəcəkləri sözlərin siyahısını hazırlayır.  İkinci 
variant – tələbələr  əvvəllər çap olunmuş  mətnlərlə 
“necə” sözü ilə müqayisə aparmaq məqsədi ilə bir 
neçə başlıq fikirləşib yazırlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə