Azərbaycan respublikasinin


Apellyasİya və kassasİya İnstansİyaları məhkəmələrİndə İcraat



Yüklə 3,22 Mb.
səhifə27/37
tarix26.09.2017
ölçüsü3,22 Mb.
#1921
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Apellyasİya və kassasİya İnstansİyaları məhkəmələrİndə İcraat


XLVII fəsil

Məhkəmələrİn hökm və qərarlarına apellyasİya qaydasında yenİdən baxılması


Maddə 381. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi

381.1. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr:

381.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;176

381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla rayon (şəhər) məhkəmələri tərəfındən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;177

381.2.3. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəməsinin hərbi kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına;178

381.2.4. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;179

381.2.5. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, ağır cinayətlər məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;180



381.2.6. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına.181

Maddə 382. Apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraatın xüsusiyyətləri

382.1. Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 381—407-ci maddələrinin müddəalarına müvafiq olaraq aparılır.

382.2. Məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452—454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır.

Maddə 383. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər

383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:

383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinəvə ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;182

383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü;

183383.1.5. tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; KM2

383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.

383.2. Apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir. 184

383.3. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır.



Maddə 384. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətləri və halları

384.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir:

384.1.1. ittiham və ya bəraət hökmü çıxarıldıqda;

384.1.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərar çıxarıldıqda;

384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda;

384.1.4. hakimə (hakimlərə) etirazın təmin edilməsi haqqında qərar çıxarıldıqda; 185

384.1.5. (çıxarılıb) 186

384.1.6. (çıxarılıb) 187

384.1.7. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda;

384.1.8. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar çıxarıldıqda;

384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda;188

384.1.10. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda. 189

384.2. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

384.3. Məhkəməyə gəlməkdən boyun qaçıran məhkum və ya bəraət almış şəxs çıxarılmış hökm barədə birinci instansiya məhkəməsinin elanlar lövhəsində məlumatın yerləşdirildiyindən sonra 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vermək hüququna malikdirlər.

384.4. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi yuxarı məhkəmə tərəfindən birinci instansiya məhkəməsindən tələb edilə bilməz.

384.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər.

Maddə 385. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydası

385.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir.

385.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin surətləri apellyasiyanın maraqlarına aid olduğu cinayət prosesinin iştirakçılarına çatacaq sayda apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə edilir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxsə şamil edilmir. Belə hallarda lazım olan miqdarda apellyasiya şikayətlərinin surətlərini birinci instansiya məhkəməsi hazırlayır.

385.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya instansiyası məhkəməsinə verildiyi halda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 385.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin görülməsi üçün şikayəti və ya protesti birinci instansiya məhkəməsinə göndərir.



Maddə 386. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa edilmə qaydası

386.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.

386.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur.

386.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. 190



Maddə 387. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblər

387.1. Apellyasiya şikayətində və ya apellyasiya protestində aşağıdakılar göstərilməlidir:

387.1.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin adı;

387.1.2. apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxsin adı;

387.1.3. hökm və ya qərar çıxarmış birinci instansiya məhkəməsinin adı;

387.1.4. hökm və ya məhkəmənin digər yekun qərarının qısa məzmunu və apellyasiya şikayəti, yaxud protesti verən şəxsin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması;

387.1.5. apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi.

387.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə olunan sənədlərin siyahısı.

387.2. Hökmün dəyişdirilməsi və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda apellyasiya şikayətində və ya apellyasiya protestində işin müvafiq vərəqlərinə istinad olunmalıdır. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.

387.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır.

387.4. Qanuni nümayəndənin və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında olmadıqda qanuni nümayəndənin və ya nümayəndənin verdiyi apellyasiya şikayətinə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

387.5. Apellyasiya şikayətində və ya apellyasiya protestində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlara istinad edilməsinə yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün və ya onların həmin məhkəmə tərəfindən qəbul edilməməsinin əsaslandırıldığı halda yol verilir.



Maddə 388. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin daxil olması haqqında bildiriş

388.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir.

388.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə olunur, bu etirazlar iş məhkəməyə göndərildikdən sonra daxil olduqda bilavasitə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 389. Apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələri

389.1. Birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır.

389.2. Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra hökmü və ya qərarı çıxarmış məhkəmə 10 (on) gün müddətində onları cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.

Maddə 390. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi

390.1. Apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.

390.2. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.

390.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklərin edilməsi yalnız apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətinə və ya apellyasiya protestinə verilə bilər.

390.4. Bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir.

390.5. Müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə gəri götürə bilər. Apellyasiya icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata cəlb edilmiş müdafiəçi yalnız məhkum olunmuş və ya bəraət almış şəxsin və onların qanuni nümayəndələrinin razılığı ilə birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçinin apellyasiya şikayətinə əlavə və dəyişikliklər etmək hüququna malikdir.

390.6. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir.

390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.



Maddə 391. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması

391.1. Apellyasiya şikayətləri və ya apellyasiya protestləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hakimlərin icraatına verilir. Apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində (cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər) üç hakimdən ibarət tərkibdə və məhkəmə iclası katibinin iştirakı ilə məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və apellyasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasına mane olmur. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması üzrə məhkəmə iclasında iştirak etmək barədə müraciət olduqda apellyasiya instansiyası məhkəməsi həbsdə saxlanılan məhkumun gətirilməsi barədə qərar çıxarır. 191

391.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır:

391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını;

391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını;

391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını;

391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını;

391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini.

391.3. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

391.3.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında;

391.3.2. apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında;

391.3.3. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında;

391.3.4. apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında;

391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında;

391.3.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında;

301.3.7. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında;

391.3.8. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında;

391.3.9. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında;

391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında.

391.4. Bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə həmin şikayət və ya protest verilməmiş apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. 192

391.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır.

391.6. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı hallarda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:

391.6.1. birinci instansiya məhkəməsində icraat zamanı aparılmış məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və ya məhkəmənin katibi tərəfindən imzalanmadıqda;

391.6.2. hökmün surəti məhkuma və ya bəraət almış şəxsə verilmədikdə və ya onun ana dilinə, yaxud bildiyi dilə tərcümə edilmədən verildikdə;

391.6.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarı məhkəmə baxışında iştirak edən hakim tərəfindən imzalanmadıqda;

391.6.4. cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda.

391.7. Bu Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı hərəkətlər yerinə yetirilir:

391.7.1. apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir;

391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş pozuntuları imkan daxilində aradan qaldırır və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları apellyasiya şikayətinə və ya apellyasiya protestinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir.

391.8. Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:

391.8.1. birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə;

391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. 193

391.8.2. birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda;

391.8.3. birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin qaydaları pozulmaqla keçirildikdə;

391.8.4. birinci instansiya məhkəməsində məhkəmə baxışı özü-özünə etiraz etmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirildikdə;

391.8.5. birinci instansiya məhkəməsində məhkəmə baxışı hakimlərin tərkibinin dəyişilməzliyi barədə tələblər pozulmaqla keçirildikdə;

391.8.6. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə;

391.8.7. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin sərbəst bildikləri ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması ilə keçirildikdə;

391.8.8. birinci instansiya məhkəməsində məhkəmə baxışı dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirakına dair tələblərin pozulması ilə keçirildikdə;

391.8.9. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə;

391.8.10. birinci instansiya məhkəməsində məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı hakimlərin müşavirəsinin gizliliyi haqqında tələbin pozulması ilə çıxarıldıqda;

391.8.11. birinci instansiya məhkəməsində məhkəmə baxışı ittihamın hüdudları barədə tələblərin pozulması ilə keçirildikdə (ittihamın irəli sürüldüyü cinayətlə müqayisədə ittiham hökmü daha ağır cinayət üzrə çıxarıldıqda və ya Azərbaycan Respublikasının Baş Prokuroru , Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamının irəli sürülməsinə tərəfdar çıxdıqda; 194

391.8.12. birinci instansiya məhkəməsinin hökm və ya qərarı hakimlər tərəfindən bu Məcəllənin 352.5 və 352.6-cı maddələrinin tələblərinə müvafiq surətdə imzalanmadıqda.

391.9. Bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 195

391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir;

391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir.

391.10. Bu Məcəllənin 391.6 və , 391.8 və 391.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin yol verilmiş kobud pozuntularına dair xüsusi qərar çıxara bilər və həmin qərarı müvafiq olaraq aşağıdakı şəxslərə göndərməlidir: 196

391.10.1. dövlət orqanlarının vəzifəli şəxsləri barəsində tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə;

391.10.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanın əməkdaşları barəsində—tabeçilik qaydasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;

391.10.3. prokurorlar və prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna;

391.10.4. birinci instansiya məhkəməsinin hakimləri barəsində— apellyasiya instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına. 197

391.11. Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir.

391.12. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.

Maddə 392. Apellyasiya instansiyası məhkəməsində baxışın təyin edilməsi

392.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını təyin edərkən apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri həll edir:

392.1.1. məhkəmə istintaqının aparılması zərurəti və onun həcmi haqqında;

392.1.2. əlavə sübutların tələb edilməsinin zəruriliyi haqqında;

392.1.3. məhkəmə iclasına çağırılmalı olan şəxslər haqqında;

392.1.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi haqqında;

1392.1.5. zəruri hallarda tərcüməçinin çağırılması haqqında;

392.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə açıq, yaxud qapalı məhkəmə iclasında baxılması haqqında;

392.1.7. məhkəmə iclasının vaxtı və yeri haqqında;

392.1.8. apellyasiya instansiyasında məhkəmə baxışının keçirilməsi üçün hazırlıq tədbirlərinə dair bütün digər məsələlər.

392.2. Apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri bu Məcəllənin 311 - 316-cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən olunur. 198

392.3. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir.

392.4. Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan otuz (otuz) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apellyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər. 199

Maddə 393. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıldığı gün barədə məlumatın verilməsi

393.1. Apellyasiya instansiyası məhkəməsinin iclasına çağırılmalı olan şəxslər məhkəmə baxışına çağırılmaları barədə çağırış vərəqəsi ilə məlumatlandırılırlar. Məhkum edilmiş və ya bəraət almış şəxsə eyni zamanda işin apellyasiya baxışına təyin edilməsi haqqında qərarın surəti göndərilir.

393.2. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasına ən geci 3 (üç) gün qalmış apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasının vaxtı və yeri barədə elanlar lövhəsində məlumat asmalıdır.

Maddə 394. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması qaydası

394.1. Bu Məcəllənin 322 və 323-cü maddələrində göstərilmiş ilkin hərəkətləri apellyasiya şikayəti və ya apellyasiya protestinin məhkəmə açılışına uyğun yerinə yetirdikdən sonra məhkəmə iclasında sədrlik edən aşağıdakı hüquqları izah edir: 200

394.1.1. apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququna malik olan şəxslərə öz apellyasiya şikayətlərini və ya apellyasiya protestlərini müdafiə etmək, yaxud onlardan imtina etmək hüququnu;

394.1.2. cinayət prosesinin digər iştirakçılarına apellyasiya şikayətini və ya apellyasiya protestini müdafiə etmək, onlara dair öz etirazlarını bildirmək və ya izahat vermək hüququnu;

394.1.3. cinayət prosesi iştirakçılarına məhkəmədə çıxış etmək hüququnu;

394.1.4. cinayət prosesinin iştirakçılarına birinci instansiya məhkəməsinin hökm və ya qərarının yalnız apellyasiya qaydasında mübahisə edilən hissəsinə dair vəsatət qaldırmaq hüququnu.

394.2. Bundan sonra məhkəmə iclasında sədrlik edən aşağıdakı hərəkətləri yerinə yetirir:

394.2.1. birinci instansiya məhkəməsinin mübahisə edilən hökm və ya qərarının mahiyyətini izah edir;

394.2.2. onlara dair kim tərəfindən və hansı həcmdə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi barədə məlumat verir;

394.2.3. apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxslərdən öz şikayət və ya protestlərini müdafiə edib-etməmələrini araşdırır və apellyasiyaya dair etiraz vermiş şəxsləri sadalayır;

394.2.4. cinayət prosesinin digər iştirakçılarından öz etirazlarını müdafiə edib-etməmələrini aydınlaşdırır.

394.3. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını məhkəmə istintaqını aparmadan keçirdikdə bu Məcəllənin 394.2-ci maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra:

394.3.1. əlavə vəsatətlər verildiyi halda məhkəmə iclasında sədrlik edən cinayət prosesi iştirakçılarını həmin vəsatətlərlə tanış edir;

394.3.2. məhkəmə verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestlərinə dair cinayət prosesi iştirakçılarının dəlillərini dinləyir və bu Məcəllənin 339—341-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq məhkəmə çıxışları keçirir.201

394.4. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını məhkəmə istintaqını aparmaqla keçirdikdə bu Məcəllənin 394.2-ci maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra:

394.4.1. məhkəmə istintaqı və məhkəmə çıxışları bu Məcəllənin 324—341-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aparılır; 202

394.4.2. apellyasiyanın daxil olduğu vaxt nəzərə alınmaqla məhkəmə çıxışlarında apellyasiya şikayəti və ya apellyasiya protesti ilə müraciət etmiş şəxslər birinci çıxış edirlər.

394.5. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı apellyasiya instansiyası məhkəməsi cinayət prosesi tərəflərinin verdikləri, vəsatətlərə və məhkəmə baxışının aparılması məsələlərinə dair qərarlar qəbul etmək hüququna malikdir.

394.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışını məhkəmə istintaqını aparmaqla keçirdikdə yekun məhkəmə qərarını qəbul etmək üçün müşavirə otağına getməmişdən əvvəl məhkuma (bəraət almış şəxsə) son söz verir. 203

Maddə 395. Məhkəmə istintaqının təzələnməsi

Məhkəmə çıxışları, məhkumun (bəraət almış şəxsin) son sözünün səslənməsi və ya yekun məhkəmə qərarının çıxarılması zamanı yeni halların, yaxud sübutların tədqiq edilməsinə zərurət yarandıqda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 324—343-cü maddələrində nəzərdə tutulmuş tələblərə riayət etməklə məhkəmə istintaqını təzələyir.



Maddə 396. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi

Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır.



Maddə 397. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudları

397.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. KM6

397.2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

397.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir:

397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 204

397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə.

397.4. Apellyasiya instansiyası məhkəməsi yeni sübutların tədqiqini apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının uzadılması cəhdi kimi qiymətləndirdikdə, həmin sübutların tədqiq edilməsi haqqında vəsatəti rədd etmək hüququna malikdir.

397.5. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir.



Maddə 398. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı

398.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi aşağıdakılardan birini etməyə haqlıdır:

398.1.1. birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək;

398.1.2. birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq; 205

398.1.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək;

398.1.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək.

398.2. Apellyasiya instansiyası məhkəməsinin hökmü bu Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarət olmalıdır. Yekun qərarı çıxarmaqla yanaşı apellyasiya instansiyası məhkəməsi, həmçinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində aşağıdakıları müəyyən etdikdə xüsusi qərar çıxara bilər:

398.2.1. cinayətin törədilməsinə səbəb və ya şərait, fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və hərəkətsizliyi, habelə dövlət hakimiyyəti orqanlarının və ya dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki pozuntular, çatışmazlıqlar və ya nöqsanlar olduqda;

398.2.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı müvafiq olaraq cinayət təqibi orqanları və ya birinci instansiya məhkəməsi tərəfindən bu Məcəllənin tələblərinin pozulmasına yol verildikdə.

Maddə 399. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar

399.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

399.1.1. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;

399.1.2. məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;

399.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;

399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi;

399.1.5. təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması.

399.2. Apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü yalnız təqsirləndirilən şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsaslanaraq dəyişdirə bilməz.

399.3. İşin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.

Maddə 400. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması

400.1. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi zamanı məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən digər faktiki hallar müəyyən edildikdə məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

400.2. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir:

400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi;

400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;

400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər tam aydınlaşdırılmaması.



Maddə 401. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması

401.1. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir:

401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə;

401.1.2. ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə;

401.1.3. cəza tədbirinin müəyyən edilməsinə;

401.1.4. tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə.

401.2. Aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir:

401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə;

401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda;

401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda;

401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda.

Maddə 402. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halların sübuta yetirilməməsi

402.0. Aşağıdakı hallarda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir:

402.0.1. irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə;

402.0.2. irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə.



Maddə 403. Cinayət qanunu normasının düzgün tətbiq edilməməsi

403.0. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir:

403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi;

403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi;

403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi.

Maddə 404. Məhkəmənin təyin etdiyi cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması

Cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.



Maddə 405. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi

405.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:

405.1.1. cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə;

405.1.2. cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda;

405.1.3. tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin mәblәğlәri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;

405.1.4. hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda.

405.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını aşağıdakı hallarda dəyişdirir:

405.2.1. ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi;

405.2.2. tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması.

Maddə 406. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələrinə dair xüsusi qərar

406.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi işin ibtidai araşdırması və ya birinci instansiya məhkəməsində baxış zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə xüsusi qərar çıxara bilər.

406.2. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərarında onun hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə materiala dair və kim tərəfindən çıxarıldığı göstərilməli, ittihamın mahiyyəti, xüsusi qərarın çıxarılmasının əsasları, kimin və dəqiq hansı pozuntuya yol verdiyi, habelə bu pozuntunun hansı hüquqi nəticələrə səbəb olduğu ətraflı şərh edilməlidir.

406.3. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərar müvafiq təsir tədbirlərinin görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:

406.3.1. dövlət orqanının vəzifəli şəxsləri barəsində tabeçiliyindən asılı olaraq yuxarı dövlət orqanının rəhbərinə;

406.3.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində—tabeçiliyindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;

406.3.3. prokurorlar və ya prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna;

406.3.4. birinci instansiya məhkəməsinin hakimləri barəsində— apellyasiya instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına. 206

406.4. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərarının ünvanlandığı vəzifəli şəxslər həmin qərar onlara daxil olduğu vaxtdan 30 (otuz) gündən gec olmayaraq aşağıdakı tədbirləri görməlidirlər:

406.4.1. cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol vermiş şəxslərin məsuliyyəti haqqında məsələni həll etmək;

406.4.2. görülmüş tədbirlər haqqında məhkəməyə məlumat vermək.

Maddə 407. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarının surətinin verilməsi və onun qanuni qüvvəyə minməsi

407.1. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı elan olunduğu vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı tədbirlər görülməlidir:

407.1.1. hökmün surəti məhkuma və ya bəraət almış şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), onun nümayəndəsinə verilməlidir; 207

407.1.2. məhkəmənin digər yekun qərarının surəti, həmçinin cinayət prosesi iştirakçılarının vəsatətlərinə əsasən onlara verilməlidir.

407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

XLVIII fəsil



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə