66
Çoxballı qiymətləndirmə sistemi üzrə keçid balını, G.P.A
normasını, imtahanlara və qeyri-imtahan mövqelərinə ayrılan
balları, imtahanın daxilindəki barajları və s. ali təhsil müəssisə-
sinin özü müəyyənləşdirməlidir. Bu zaman, bəzilərinin iddia
etdiyi kimi heç bir qarmaqarışıqlıq olmayacaq. Ona görə ki,
AKTS normasını hamı gözləməlidir, eyni zamanda tələbə
mübadiləsi, kredit transferi məsələsi unifikasiya tələb etdiyindən
qiymətləndirmə sistemində kəskin fərqlənmələr mümkün deyil.
Hamı bir-birini anlamağa üstünlük verməyə məcburdur. Boloniya
bəyannaməsinin əsas tələblərindən olan çoxşaxəli unifikasiya elə
bu problemlərin nizamlanması üçün nəzərdə tutulub. Yeri
gəlmişkən, unifikasiya həm də dərsliklərin, tədris proqramlarının
hazırlanması prosesini əhatə etməlidir. Heç şübhəsiz, dünyanın
hansısa ali məktəbində marketinq üzrə daha mükəmməl bir təhsil
proqramı tətbiq olunur, heç şübhəsiz dünyanın hansısa ali
məktəbində ən yaxşı menecment dərsliyi əsasında tədris aparılır.
Bunlardan nə üçün istifadə olunmasın.
Nəhayət, magistr, Ph.D dissertasiyalarının yazılması və
müdafiəsi ilə bağlı proseduralar, qaydalar, normalar yoxdur.
Azərbaycanda magistr hazırlığı illərlə davam edir, amma magistr
dissertasiyalarının müdafiəsi proseduralarında nəzərəçarpacaq
dəyişmə baş vermir. Nəticədə araşdırmaların məzmununda
keyfiyyət, qiymətləndirmədə obyektivlik itir. Ph. D təhsili ilə
bağlı da xeyli cavabsız suallar var.
II. Azərbaycan ali təhsili ilə dünya ali təhsili arasında
bəzi müqayisələr.
Hazırda Azərbaycanda 50 ali təhsil müəssisəsi fəaliyyət
göstərir: 36 dövlət, 14 özəl. Bu ali məktəblərdə təxminən 140000
tələbə təhsil alır. Əhalinin sayına nisbət götürdükdə Azərbaycanda
universitet sayı da, tələbə sayı da pis görünmür. Lakin dünyada
təhsilin əlyetən olması üçün ciddi tədbirlər görülür və bunun
hesabına hər il ali təhsil almaq istəyənlərin sayı xeyli artır.
Məsələn, dinamik inkişaf edən ölkələrdə - Argentina, Braziliya,
Misir, Hindistan, Zimbabve, Đndoneziya, Đordaniya, Çin, Türkiyə,
67
Malayziya, Paraqvay, Peru, Rusiya Federasiyası, Tailand, Tunis,
Uruqvay, Filippin, Çili, Şri-Lanka və Yamaykada YUNESCO-
nun 2010-cu il təhlillərinə əsasən, son 10 ildə tələbələrin sayı 77%
artıb. Bu ciddi artımdır. Azərbaycanda da belə artım arzu
olunandır. Lakin ölkədəki mövcud alim potensialı buna imkan
verirmi? Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə nəzər salaq:
hazırda ABŞ-da - 3100000 (hər 96 nəfərə 1 nəfər), Yaponiyada –
700000 (hər 157 nəfərə bir nəfər) , Fransada - 200000 (hər 350
nəfərə bir nəfər) alim yaşayıb yaradır. Azərbaycanda isə 9 minə
yaxın elmlər namizədi, 1700 elmlər doktoru var, hər min nəfərə 1
elmlər namizədi, təxminən hər 5300 nəfərə 1 elmlər doktoru
düşür. Bu, hətta Gürcüstan və Ermənistanla müqayisədə də aşağı
göstəricidir. Onu da nəzərə alaq ki, bu alimlərin bir qismi ölkədə
deyil, bir qismi isə, ümumiyyətlə, tədrisdən uzaqdır, ya akademiya
sistemində, yaxud da müxtəlif dövlət və qeyri-hökumət
qurumlarında çalışır. Bu qədər qıtlığa baxmayaraq, əmək haqqı da
yaxın və uzaq ölkələrə nisbətdə müqayisə olunmaz dərəcədə
aşağıdır. Başa düşmək olmur ki, nəyə görə akademik,
akademiyaya
müxbir
üzv,
elmlər
doktoru
və
elmlər
namizədlərinin aldıqları məvacib bir-birindən bu qədər kəskin
şəkildə fərqlənir. Đlk iki təbəqədən sonra 3 və 4-cü təbəqəyə
yanaşmada məntiq itir. Başqa bir paradoks da var: son zamanlar
dövlət məmurları, millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali
məktəblərin elmi şuralarında təmsil olunmağa, dərs keçməyə daha
çox can atırlar. Bu, pozitiv tendensiyadır. Amma alimlərə
münasibət dəyişmir. Əgər alim olmaq pisdirsə, onda elmə
məmurların bu meyli nədir? Yox əgər yaxşıdırsa, onda
məmurların həmkarlarına münasibəti niyə dəyişmir, yəni ancaq
alimliyindən para qazananların aldıqları məvacib onları nədən
rahatsız etmir? Belə vəziyyət isə öz növbəsində təhsildə
keyfiyyətə neqativ təsir göstərir. Təhsil elə bir sahədir ki, orada
islahatları imitasiya etmək olmaz, bu, dərhal görünür. Çünki o hər
bir ailə ilə birbaşa işi olan sahədir. Eyni zamanda, təhsil hər bir
68
vətəndaşın, ələlxüsus da ziyalının biganə qala bilməyəcəyi bir
sahə olmalıdır.
Son illər Türkiyədə təhsil xeyli gəlişdir. Đndi Türkiyə ali
məktəbləri dünyanın nüfuzlu ali məktəbləri ilə rəqabət aparır. Belə
olan təqdirdə nə üçün Azərbaycan təhsili Türkiyə təhsili ilə bütün
parametrlərdə unifikasiya olunmasın. Bəzən, məmurun, alimin
təkəbbürü milli problemlərin belə həllinə əngəl olur. Bunu kənara
atıb, yaxşı nə varsa onu öyrənməli və öyrətməliyik.
AVROPADA VAHĐD ALĐ TƏHSĐL MƏKANININ
XARAKTERĐSTĐKASI VƏ ONUN VACĐB ELEMENTLƏRĐ
Avropada Boloniya prosesinin tarixindən
Đctimai həyatın bütün sahələrində gedən yaxınlaşma,
bütövləşmə, vahidləşmə - inteqrasiya prosesi ali təhsil sahəsindən
də yan keçməmişdir. Xüsusən, Đkinci dünya müharibəsindən sonra
sürətlənən inteqrasiya prosesləri müxtəlif regionlarda, birinci
növbədə isə Qərb dünyasının mərkəzlərindən biri sayılan
Avropada vahid iqtisadi, sosial, siyasi, mədəni məkanların
formalaşmasına gətirib çıxarmışdır. Sonradan Avropa Đttifaqı
adını almış Avropa Đqtisadi Birliyinin əsasının qoyulması artıq
güclənməkdə olan proseslərin real göstəricisi idi. Vahid iqtisadi
məkanın tərkib hissələrindən biri vahid əmək bazarı idi ki, onun
da öz tələbləri var idi. Avropada Boloniya prosesi haqqında
danışarkən hər şeydən öncə onu qeyd etmək vacibdir ki, o,
obyektiv bir prosesdir və hər hansı bir ölkənin, hər hansı ali təhsil
müəssisənin və ya konkret bir şəxsin istəyinin təzahürü deyildir.
Eyni zamanda sürətli ictimai-iqtisadi inkişaf elmi tədqiqatlara və
yüksək ixtisaslı kadrlarla ehtiyacı artırırdı. Avropa ali təhsil
sistemində gedən proseslər bu məntiqdən dövran edirdi. Bir
tərəfdən daxili istehsalın elmi-praktik tədqiqatlara və yüksək
ixtisaslı mütəxəssislərə olan tələblərini ödəmək ehtiyacı, digər
tərəfdən dünya miqyasında bu sahədə güclü rəqabət Avropa ali
Dostları ilə paylaş: |