Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

 
66
Çoxballı  qiymətləndirmə  sistemi  üzrə  keçid  balını,  G.P.A 
normasını,  imtahanlara  və  qeyri-imtahan  mövqelərinə  ayrılan 
balları,  imtahanın  daxilindəki  barajları  və  s.  ali  təhsil  müəssisə-
sinin  özü  müəyyənləşdirməlidir.  Bu  zaman,  bəzilərinin  iddia 
etdiyi  kimi  heç  bir  qarmaqarışıqlıq  olmayacaq.  Ona  görə  ki, 
AKTS  normasını  hamı  gözləməlidir,  eyni  zamanda  tələbə 
mübadiləsi,  kredit  transferi  məsələsi  unifikasiya  tələb  etdiyindən 
qiymətləndirmə  sistemində  kəskin  fərqlənmələr  mümkün  deyil. 
Hamı bir-birini anlamağa üstünlük verməyə məcburdur. Boloniya 
bəyannaməsinin  əsas  tələblərindən  olan  çoxşaxəli  unifikasiya  elə 
bu  problemlərin  nizamlanması  üçün  nəzərdə  tutulub.  Yeri 
gəlmişkən,  unifikasiya  həm  də  dərsliklərin,  tədris  proqramlarının 
hazırlanması  prosesini  əhatə  etməlidir.  Heç  şübhəsiz,  dünyanın 
hansısa ali məktəbində marketinq üzrə daha mükəmməl bir təhsil 
proqramı  tətbiq  olunur,  heç  şübhəsiz  dünyanın  hansısa  ali 
məktəbində  ən  yaxşı  menecment  dərsliyi  əsasında  tədris  aparılır. 
Bunlardan nə üçün istifadə olunmasın. 
Nəhayət,  magistr,  Ph.D  dissertasiyalarının  yazılması  və 
müdafiəsi  ilə  bağlı    proseduralar,  qaydalar,  normalar  yoxdur. 
Azərbaycanda magistr hazırlığı illərlə davam edir, amma magistr 
dissertasiyalarının  müdafiəsi  proseduralarında  nəzərəçarpacaq 
dəyişmə  baş  vermir.  Nəticədə  araşdırmaların  məzmununda 
keyfiyyət,  qiymətləndirmədə  obyektivlik  itir.  Ph.  D  təhsili  ilə 
bağlı da xeyli cavabsız suallar var. 
II.  Azərbaycan  ali  təhsili  ilə  dünya  ali  təhsili  arasında 
bəzi müqayisələr. 
Hazırda  Azərbaycanda  50  ali  təhsil  müəssisəsi  fəaliyyət 
göstərir: 36 dövlət, 14 özəl. Bu ali məktəblərdə təxminən 140000 
tələbə təhsil alır. Əhalinin sayına nisbət götürdükdə Azərbaycanda 
universitet  sayı  da,  tələbə  sayı  da  pis  görünmür.  Lakin  dünyada 
təhsilin  əlyetən  olması  üçün  ciddi  tədbirlər  görülür  və  bunun 
hesabına  hər  il  ali  təhsil  almaq  istəyənlərin  sayı  xeyli  artır. 
Məsələn,  dinamik  inkişaf  edən  ölkələrdə  -  Argentina,  Braziliya, 
Misir, Hindistan, Zimbabve, Đndoneziya, Đordaniya, Çin, Türkiyə, 


 
67
Malayziya,  Paraqvay,  Peru,  Rusiya  Federasiyası,  Tailand,  Tunis, 
Uruqvay,  Filippin,  Çili,  Şri-Lanka  və  Yamaykada    YUNESCO-
nun 2010-cu il təhlillərinə əsasən, son 10 ildə tələbələrin sayı 77% 
artıb.  Bu  ciddi  artımdır.  Azərbaycanda  da  belə  artım  arzu 
olunandır.  Lakin  ölkədəki  mövcud  alim  potensialı  buna  imkan 
verirmi?  Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə nəzər salaq: 
hazırda ABŞ-da  - 3100000 (hər 96 nəfərə 1 nəfər), Yaponiyada – 
700000  (hər  157  nəfərə  bir  nəfər)  ,  Fransada  -  200000  (hər  350 
nəfərə  bir  nəfər)  alim  yaşayıb  yaradır.  Azərbaycanda  isə  9  minə 
yaxın elmlər namizədi, 1700 elmlər doktoru var, hər min nəfərə 1 
elmlər  namizədi,  təxminən  hər  5300  nəfərə  1  elmlər  doktoru 
düşür. Bu,  hətta  Gürcüstan  və  Ermənistanla  müqayisədə  də  aşağı 
göstəricidir. Onu da nəzərə alaq ki, bu alimlərin bir qismi ölkədə 
deyil, bir qismi isə, ümumiyyətlə, tədrisdən uzaqdır, ya akademiya 
sistemində,  yaxud  da  müxtəlif  dövlət  və  qeyri-hökumət 
qurumlarında çalışır. Bu qədər qıtlığa baxmayaraq, əmək haqqı da 
yaxın  və  uzaq  ölkələrə  nisbətdə  müqayisə  olunmaz  dərəcədə 
aşağıdır.  Başa  düşmək  olmur  ki,  nəyə  görə  akademik, 
akademiyaya 
müxbir 
üzv, 
elmlər 
doktoru 
və 
elmlər 
namizədlərinin  aldıqları  məvacib  bir-birindən  bu  qədər  kəskin 
şəkildə  fərqlənir.  Đlk  iki  təbəqədən  sonra  3  və  4-cü  təbəqəyə 
yanaşmada  məntiq  itir.  Başqa  bir  paradoks  da  var:  son  zamanlar 
dövlət məmurları, millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali 
məktəblərin elmi şuralarında təmsil olunmağa, dərs keçməyə daha 
çox  can  atırlar.  Bu,  pozitiv  tendensiyadır.  Amma  alimlərə 
münasibət  dəyişmir.  Əgər  alim  olmaq  pisdirsə,  onda  elmə 
məmurların  bu  meyli  nədir?  Yox  əgər  yaxşıdırsa,  onda 
məmurların  həmkarlarına  münasibəti  niyə  dəyişmir,  yəni  ancaq 
alimliyindən  para  qazananların  aldıqları  məvacib  onları  nədən 
rahatsız  etmir?  Belə  vəziyyət  isə  öz  növbəsində  təhsildə 
keyfiyyətə  neqativ  təsir  göstərir.  Təhsil  elə  bir  sahədir  ki,  orada 
islahatları imitasiya etmək olmaz, bu, dərhal görünür. Çünki o  hər 
bir  ailə  ilə  birbaşa  işi  olan  sahədir.  Eyni  zamanda,  təhsil  hər  bir 


 
68
vətəndaşın,  ələlxüsus  da  ziyalının  biganə  qala  bilməyəcəyi  bir 
sahə olmalıdır.  
Son  illər  Türkiyədə  təhsil  xeyli  gəlişdir.  Đndi  Türkiyə  ali 
məktəbləri dünyanın nüfuzlu ali məktəbləri ilə rəqabət aparır. Belə 
olan təqdirdə nə üçün Azərbaycan təhsili Türkiyə təhsili ilə bütün 
parametrlərdə  unifikasiya  olunmasın.  Bəzən,  məmurun,  alimin 
təkəbbürü milli problemlərin belə həllinə əngəl olur. Bunu kənara 
atıb, yaxşı nə varsa onu öyrənməli və öyrətməliyik. 
 
AVROPADA VAHĐD ALĐ TƏHSĐL MƏKANININ 
XARAKTERĐSTĐKASI VƏ ONUN VACĐB ELEMENTLƏRĐ 
 
Avropada Boloniya prosesinin tarixindən 
 
Đctimai  həyatın  bütün  sahələrində  gedən  yaxınlaşma, 
bütövləşmə, vahidləşmə - inteqrasiya prosesi ali təhsil sahəsindən 
də yan keçməmişdir. Xüsusən, Đkinci dünya müharibəsindən sonra 
sürətlənən  inteqrasiya  prosesləri  müxtəlif  regionlarda,  birinci 
növbədə  isə  Qərb  dünyasının  mərkəzlərindən  biri  sayılan 
Avropada  vahid  iqtisadi,  sosial,  siyasi,  mədəni  məkanların 
formalaşmasına  gətirib  çıxarmışdır.  Sonradan  Avropa  Đttifaqı 
adını  almış  Avropa  Đqtisadi  Birliyinin  əsasının  qoyulması  artıq 
güclənməkdə  olan    proseslərin  real  göstəricisi  idi.  Vahid  iqtisadi 
məkanın  tərkib  hissələrindən  biri  vahid  əmək  bazarı  idi  ki,  onun 
da  öz  tələbləri  var  idi.  Avropada  Boloniya  prosesi  haqqında 
danışarkən  hər  şeydən  öncə  onu  qeyd  etmək  vacibdir  ki,  o, 
obyektiv bir prosesdir və hər hansı bir ölkənin, hər hansı  ali təhsil 
müəssisənin  və  ya  konkret  bir  şəxsin  istəyinin  təzahürü  deyildir. 
Eyni zamanda  sürətli ictimai-iqtisadi inkişaf elmi tədqiqatlara və 
yüksək  ixtisaslı  kadrlarla    ehtiyacı  artırırdı.  Avropa  ali  təhsil 
sistemində  gedən  proseslər  bu  məntiqdən  dövran  edirdi.  Bir 
tərəfdən  daxili  istehsalın  elmi-praktik  tədqiqatlara  və  yüksək 
ixtisaslı  mütəxəssislərə  olan    tələblərini  ödəmək  ehtiyacı,  digər 
tərəfdən  dünya  miqyasında  bu  sahədə  güclü  rəqabət  Avropa  ali 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə