44
maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə
hal-hazırda çox əhəmiyyətli işlər görülür.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010/2011-
ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adam-
başına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə
başlanılmışdır.
Məlum olduğu kimi, qeyd olunan Fərmanın icrası istiqa-
mətində Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun
2010-cu il tarixli 120 nömrəli Qərarı qəbul olunmuş və qərara
əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir
təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş və
həmçinin “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi
ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələ-
rində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”ı təsdiq edil-
mişdir.
2010/2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil
müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə
qəbul olmuş tələbələrin təhsili ilə bağlı xərclərin maliyyələş-
dirilməsi üçün Respublika Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı
ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil
Nazirliyinə 24 327 733 manat məbləğində ayrılmış vəsait bölgüyə
uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına
köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə
əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi
nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı
olmayaraq bütün ali məktəblərin dövlət sifarişi üzrə kadr
45
hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyent-
lərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim
imkanları artırılmışdır.
Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün
ali məktəblərə vəsait əvvəlki illərdə olduğu kimi 40 və ya daha
çox xərc maddəsi üzrə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu
vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri və
maliyyə müstəqilliyi artırılmışdır.
Dövlət ali məktəblərində yuxarı kurslarda təhsil alan
tələbələrin xərclərinin ödənilməsi məqsədilə nəzərdə tutulan
vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc maddəsi üzrə deyil,
4 xərc maddəsi, büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər
smetası isə 6 xərc maddəsi ilə proqnozlaşdırılmışdır. Növbəti
ildən isə ali təhsil müəssisələrinə dövlət büdcəsindən bütün
vəsaitlərin bir xərc maddəsi ilə ayrılması nəzərdə tutulur. Bu isə
ali məktəblərin maliyyə vəsaitlərinin idarəolunması və xərclənil-
məsində səlahiyyətlərinin artırılmasına səbəb olacaqdır.
Lakin, əldə olunan müsbət nəticələrlə yanaşı yeni
maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində bir sıra
problemlər də ortaya çıxmışdır. Bununla əlaqədar vaxtaşırı
Təhsil, Maliyyə, Đqtisadi Đnkişaf Nazirlərinin, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin
şöbə müdirinin, aidiyyəti ali məktəblərin rektorlarının, baş
mühasiblərin iştirakı ilə kollegiya, müşavirə və seminarlar
keçirilmiş və bu görüşlərdə ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı görülən işlər, əldə olunan ilkin
nəticələr, qarşıda duran vəzifələr və təkliflər geniş müzakirə
edilmişdir.
Yeni mexanizmin tətbiqi ilə əlaqədar qarşıda duran
vəzifələr. Qeyd olunan tədbirlərdə mövcud problemlərin aradan
qaldırılması məqsədilə Təhsil Nazirliyi ilk növbədə dövlət sifarişi
üzrə hər bir təhsilalana düşən illik xərclərin məbləğlərinin
artırılmasını təklif etmişdir. Belə ki, dövlət sifarişi üzrə kadr
hazırlığının yerinə yetirilməsi ilə bağlı bir təhsilalan üçün
46
müəyyənləşdirilmiş illik təhsil xərci məbləğinə uyğun ayrılan
vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd
xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə
keyfiyyətli kadr hazırlığının təmin edilməsi üçün müvafiq maddi-
texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır.
Bundan əlavə oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı da
yenidən baxılaraq
uyğunlaşdırılmalıdır.
Eyni zamanda ali məktəblər üzrə bəzi ixtisaslara olan
inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də
zəruridir.
Bundan əlavə ali məktəblərin büdcədənkənar vəsaitlərin
idarəolunmasında səlahiyyətləri artırılmalıdır. Bu baxımdan
büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq
edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin
dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiy-
yətlərin ali məktəblərə verilməsi və ilin sonunda büdcədənkənar
vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu
vəsaitin növbəti ilə keçirilməsi məqsədəmüvafiq hesab edilir.
Digər vacib məsələlərdən biri isə özəl ali məktəblərin dövlət
sifarişində iştirakının stimullaşdırılmasıdır.
Onu da qeyd etməliyik ki, ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiqi dövlət ali məktəblərinə
ödənişli əsaslarla qəbul olan və mövcud qaydalara əsasən
ödənişdən azad edilən məcburi köçkün statuslu tələbələrin təhsil
haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət
yaratmışdır.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində
olan ali təhsil müəssisələrinə təkcə 2010/2011-ci tədris ilində
qəbul olmuş 15386 tələbədən 1636-sı məcburi köçkün statuslu
tələbələrdir və onların təhsil haqları ümumilikdə 1 689 200 manat
təşkil edir ki, bu da dövlət ali təhsil müəssisələri üçün hər il xeyli
məbləğdə büdcədənkənar gəlirlərin itirilməsi deməkdir.
Dostları ilə paylaş: |