130
təhsil müəssisələri tərkibinə verilməsi məsələlərinə baxılması
nəzərdə tutulmalıdır;
- ali təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi:
universitet kampuslarının (şəhərciklərinin, təhsil infrastruk-
turlarının) qurulması, ali təhsil müəssisələrində informasiya-
kommunikasiya texnologiyaları mərkəzlərinin, tədris, elmi-
tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və digər
mərkəzlərinin yaradılması, onların müvafiq tədris-metodiki və
elmi avadanlıqlarla təchizatı, elektron kitabxanaların yaradılması
nəzərdə tutulmalıdır;
- ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin
yaradılması və tətbiqi: burada ali təhsil müəssisələrinin
maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan
subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, alternativ
maliyyələşmə
mənbələrinin
formalaşdırılması
sisteminin
yaradılması tədbirləri nəzərdə tutulmalıdır.
1.5. Dövlət Proqramının maliyyə mənbələri
Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin
vəsaitləri və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd
olmayan digər mənbələr təşkil edir.
1.6. Gözlənilən nəticələr
Dövlət Proqramının yerinə yetirilməsində gözlənilən
nəticələr aşağıdakılardır:
- ali təhsilin normativ hüquqi bazası yeniləşəcək;
- ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis
hazırlığına keçiləcək;
- beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin
ediləcək;
- ali təhsil sisteminin tədris-metodiki təminatı müasirləşəcək;
- beynəlxalq tələblərə uyğun müasir tipli elektron
kitabxanalar və elektron versiyalı dərslik fondu yaradılacaq;
- interaktiv təlimi təmin edən yeni metodikalar hazırlanacaq;
131
- tədris prosesində informasiya texnologiyalarının tətbiqinin
elmi-metodiki təminatı yaradılacaq;
- Boloniya prosesinin tətbiqini təmin edən tədris-metodiki
vəsaitlər hazırlanacaq;
- ali təhsildə Boloniya Bəyannaməsinin müddəalarına uyğun
vahid terminlər tətbiq ediləcək;
- kredit sisteminin tətbiqi ilə bağlı yeniliklərin yayılması və
mənimsənilməsi təmin olunacaq;
- ali təhsilin keyfiyyəti yüksələcək;
- ömür boyu təhsil almaq üçün fasiləsizlik təmin olunacaq;
- ali təhsil sistemi beynəlxalq tələblərə cavab verən tədris
sənədləri ilə təmin ediləcək;
- ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizası
təmin olunacaq;
- ali təhsil müəssisələrinin optimal şəbəkəsi yaradılacaq;
- ali təhsil müəssisələrinin davamlı inkişafı təmin ediləcək;
- universitetlərin idarə edilməsində tələbələrin geniş iştirakı
təmin olunacaq;
- ali təhsilin idarə olunmasında elektron hökumət qurulacaq;
- ali təhsilin beynəlxalq təhsil məkanına inteqrasiyası
sürətlənəcək;
- beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və nəzarət
mexanizmi yaradılacaq;
- beynəlxalq ekspertizadan keçmiş yeni akkreditasiya
qaydaları yaradılacaq;
- kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində
bilavasitə iştirakı təmin olunacaq;
- ali təhsildə tədrisin təşkili Avropa Kredit Transferi
Sisteminin tələblərinə uyğun qurulacaq;
- müəllim və tələbə mübadiləsi sahəsində ali məktəblərin
imkanları genişlənəcək;
- tələbə və mütəxəssislərin diplomlarının və müvafiq təhsil
sənədlərinin qarşılıqlı tanınması asanlaşacaq;
132
- ali təhsil müəssisələrinin fəaliyyəti haqqında məlumatlanma
prosesi müasir texnologiyalar əsasında qurulacaq;
- tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq;
- elmi və elmi-pedaqoji kadrların fəaliyyətini qiymətləndirən
attestasiya mexanizmi yeniləşdiriləcək;
- dünya təcrübəsinə və Boloniya Bəyannaməsinin prinsiplərinə
uyğun yeni ixtisas təsnifatı hazırlanacaq;
- ali təhsil müəssisələrinin müasir tələblərə cavab verən kadr
potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq;
- ümumtəhsil sistemi peşəkar kadrlarla təmin olunacaq;
- iqtisadiyyat, sosial və digər sahələr rəqabətə davamlı kadr-
larla təmin ediləcək;
- ali məktəb məzunlarının əmək bazarında işlə təmin olunma
imkanları artacaq;
- ali təhsil müəssisələrində funksional idarəetmə modelini
həyata keçirən menecerlər heyəti formalaşdırılacaq;
- ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji potensialın-
dan səmərəli istifadə təmin olunacaq;
- ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların beynəlxalq
nüfuzu artacaq;
- ali təhsil müəssisələrinin elmi-tədqiqat sahəsində beynəlxalq
əməkdaşlıq imkanları genişlənəcək;
- elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ali təhsil müəs-
sisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək;
- müasir tipli universitet şəhərcikləri salınacaq, təhsil infras-
trukturu yaxşılaşacaq;
- təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki
baza təminatı yaradılacaq;
- ali təhsil müəssisələrinin beynəlxalq informasiya-kommuni-
kasiya şəbəkəsinə qoşulması təmin ediləcək;
- ali təhsil müəssisələri müasir tipli avadanlıqlarla təchiz
olunacaq;
133
- müasir tipli informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi və zəruri avadanlıqlarla təchizatı ali təhsil müəssisələrində
idarəetmənin səmərəliliyini artıracaq;
- ali təhsil subyektlərinin zəruri informasiya əldə etmək
imkanları genişlənəcək və sürətlənəcək;
- ali təhsil müəssisələrinə yeni maliyyə mənbələri cəlb
olunacaq;
- ali təhsil müəssisələrinin maliyyələşdirilmə mexanizmi
təkmilləşdiriləcək;
-
Boloniya
Bəyannaməsinin
müddəalarının
tətbiqi
sürətləndiriləcək və buraya əlavə maliyyə resursları cəlb
olunacaqdır.
Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin
sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının
formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiy-
yatının qurulmasında ali təhsilin müstəsna rolu vardır.
Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir
ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi,
inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil
səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu
təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan
kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna
əhəmiyyətə malik əsas vəzifədir.
Bütün bu amillər respublikada ali təhsil sahəsində
islahatların
istiqamətlərinin
dünyada
ali
təhsilin
inkişaf
tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya
qoyur.
Dostları ilə paylaş: |