19
zamanda, unutmaq olmaz ki, böyüməkdə olan nəslin təhsilin orta
məktəbdən sonrakı mərhələləri ilə əhatə olunması təkcə mütəxəs-
sis hazırlığı ilə məhdudlaşmır. Orta məktəbi bitirmiş gənclərin
peşə yönümünə istiqamət verilməsi, əmək fəaliyyətinə cəlb
olunması, müstəqil həyatda öz yerlərini tutmasına şərait yaradıl-
ması daha geniş ictimai problemlərlə əlaqəlidir. Onların dəqiq
uçotu və planlı şəkildə idarə edilməsi bir tərəfdən insan
resurslarının düzgün yerləşdirilməsinə xidmət edirsə, digər tərəf-
dən çətin keçid dövrünü yaşamış bir cəmiyyətdə böyüməkdə olan
nəslin zərərli vərdişlərdən uzaqlaşdırmaq, neqativ meyllərin
qarşısını almaq, onların cinayətkarlıq, narkomaniya və digər bəlalı
reallıqlara yuvarlanmasının qarşısını almaq, cəmiyyətdə sağlam
mühiti təmin etmək məqsədinə xidmət etməlidir. Haqqında
danışılan problemləri təkcə dövlətin gücü ilə həll etmək mümkün
deyildir.
Bütün qlobal məsələlərin həllində olduğu kimi böyük həyati
əhəmiyyət kəsb edən bu problemin də həllində cəmiyyətin özünün
fəallığı, vətəndaş cəmiyyətinin, o cümlədən, qeyri-hökumət təş-
kilatlarının prinsipial mövqe nümayiş etdirməsi və bütün güclərin
səfərbər edilməsi vacibdir.
Azərbaycanda orta məktəb məzunlarının cəmiyyətdə öz
yerini tutması, onların ixtisas qazanması üçün ölkənin imkanla-
rının tam istifadə edilməsi, bunun üçün bütün vasitələrin işə
salınması, nizamlanması və səmərəli istifadəsinə kömək etmək
məqsədilə onların araşdırılaraq sistemləşdirilməsi, cəmiyyətin
diqqətinin həmin məsələlərə yönəldilməsi, əhalinin bu sahədə
məlumatlandırılması və maarifləndirilməsi böyük əhəmiyyət kəsb
edir. Böyüməkdə olan gənc nəslin ali, orta-ixtisas və peşə təhsili
ilə əhatə olunması vəziyyətinin və qabaqcıl dünya ölkələrinin bu
sahədə təcrübəsinin analizi, təhsildən obyektiv səbəblər üzündən
kənarda qalmış məzunların əmək karyerasının problemlərinin
mümkün həlli yollarının aşkar edilməsi nəzərdə tutulur.
Qloballaşma müasir dövrdə öz tempini günbəgün artırır.
Đmperiya asılılığından azad olmuş ölkələr ümumi sosial-iqtisadi
20
məkana cəlb olunmaqla onun yaratdığı reallıqlarla üzləşirlər. Belə
bir şəraitdə Azərbaycan da zamanın tələbləri ilə ayaqlaşaraq
böyüməkdə olan nəslin ümumi məkanda əlverişli vəziyyətdə
olmasını təmin etmək dövlətin və cəmiyyətin başlıca vəzifələrin-
dəndir. Reallıqdan çıxış edərək öncədən qeyd etmək lazımdır ki,
bu sahədə Azərbaycan heç də arzuolunan səviyyədə deyildir və bu
sahədə inteqrasiya etdiyimiz Qərb məkanının səviyyəsinə yaxın-
laşmaq və vahid əmək bazarında ölkə vətəndaşının rəqabət
qabiliyyətliliyini təmin etmək üçün qarşıda hələ xeyli vəzifələr
durur.
Hazırkı dövrdə davamlı təhsili vacib edən amillərdən biri də
elmin və texnologiyanın sürətlə inkişaf etməsi, nəticədə alınan
biliyin tez köhnəlməsi və onun vaxtaşırı təzələnməsinə və
tamamlanmasına olan ehtiyacdır. Qloballaşma nəticəsində sərhəd-
lər aradan qalxır, ən yeni texnologiyalar yeni ərazilərə nüfuz edir.
Yeni rəqabət mühitində ölkənin əhalisinin ixtisasca hazırlıq
səviyyəsi onun tutduğu yeri müəyyənləşdirilməsində böyük
əhəmiyyət kəsb edir. Onlar yüksək bilik və bacarıq tələb edən
prestijli yerləri də tuta bilər, ucuz işçi kütləsinin sıralarını da artıra
bilər. Belə bir məqamda ölkə həmin problemlərin həllində hansı
mərhələdə dayanır və onun daha səmərəli nəticələr verməsi üçün
hansı işlərin görülməsi vacibdir? Bu suallara cavab tapmaq və
dövlətin həyata keçirdiyi xəttə dəstək vermək, cəmiyyətin həmin
problemlər barəsində məlumatlılığını artıraraq onların gücünü
səfərbər edilməsinə kömək etmək təhsil sisteminin məqsədləri
sırasındadır. Ümid edirik ki, apardığımız tədqiqat və maariflən-
dirmə işləri bu sahədə Azərbaycan dövlətinin yeritdiyi xəttə
əhəmiyyətli dəstək olacaqdır.
Azərbaycanda əmək bazarında yeni vəziyyət formalaşmışdır.
Đndi ölkədə mövcud sosial-iqtisadi inkişafın tələblərinə uyğun
olaraq yeni ixtisaslar yaranır, yeni-yeni peşə sahiblərinə ehtiyac
yaranır. Təhsil sistemi, xüsusən ali təhsil, belə dəyişikliklərə çevik
reaksiya verməli, yeniləşmə prosesindən geri qalmamalıdır. Bu
mənada, mən turizm sahəsinin mütəxəssis hazırlığı məsələlərinə
21
toxunmaq, onun nümunəsində haqqında danışılan problemi kon-
kretləşdirmək istərdim.
Turizm sahəsi qədim tarixə malik olsa da, Azərbaycanda son
vaxtlara qədər turizm mütəxəssisi hazırlığı olmamışdır. Hətta
müstəqillik illərində də bu sahədə qısa müddətdə ciddi nəticə əldə
etmək mümkün deyildi. Bir neçə ali təhsil müəssisəsində məhdud
sayda tələbə turizm üzrə ixtisaslaşırdı ki, o da artan tələbatı
ödəmək iqtidarında deyildi. Şübhəsiz, kadr problemi bu sektorda
ən vacib amillərdən biridir. Mütəxəssisin hazırlıq səviyyəsi, onun
aldığı bilik və bacarıqların keyfiyyəti son dərəcədə böyük
əhəmiyyət kəsb edir. Buna görə də Prezidentin sərəncamı ilə
2006-cı ildə ATĐ-nin yaradılmasında da məqsəd Azərbaycan
Turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm,
səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı
ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdiril-
məsidir.
“Turizm ili” ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin
nəzdində yaradılan Đşçi Qrupun hazırladığı tədbirlərin siyahısına
ATĐ ilə bağlı bir neçə məsələ də daxil edilib. Görüləcək işlər
sırasına təhsilin müxtəlif pillələri ilə bağlı məsələlər daxildir. Peşə
məktəbinin yaradılması ilə bağlı aparılan işlərin sürətləndirilməsi
məqsədilə Bakı şəhərində fəaliyyət göstərən böyük peşə
məktəblərindən biri Turizm Đnstitutunun tabeçiliyinə verilmişdir.
ATĐ yeni bir institut olaraq, yarandığı gündən bütün işlərini
yeni standartlar əsasında qurmağa, günün tələblərini nəzərə
almağa çalışır. Hər bir tələbəyə ayrıca fərdi-tədris planı hazırlanıb.
Boloniya prosesi çərçivəsində kredit sisteminin tətbiqi, dəyərlən-
dirmələrin aralıq imtahanlarına və final imtahanlarına əsaslan-
ması, tədris prosesinin təqdimat və müzakirələr əsasında keçiril-
məsi, mühazirə mətnlərinin əvvəlcədən tələbələrə paylanması,
tələbələrə sərbəst müəllim və fənn seçmələri üçün müvafiq
şəraitin yaradılması, onların “aşağıdan” və “yuxarıdan” fənn seçə
bilmələri üçün hazırlanması, hər bir tələbə üçün fərdi tədris
planının hazırlanması, tələbələrin elmi araşdırmalara fəal cəlb
Dostları ilə paylaş: |