22
edilməsi, elmi-praktik konfransların keçirilməsi və materialların
nəşr edilməsi, turizm sahəsində digər ali məktəblərlə sıх əmək-
daşlıq əlaqələrinin qurulması ATĐ-də tədrisin inkişaf etmiş ölkələr
səviyyəsində və keyfiyyətində aparılmasına zəmin yaradır.
ATĐ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf
etdirilməsinə xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, institut
fəaliyyət göstərdiyi beş il ərzində bu sahədə önəmli addımlar atıb.
ATĐ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı
qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali
məktəblərdən biridir. ATĐ-də Avstriyanın Krems ĐMC Tətbiqi
Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP
(Avstriya – Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup
təşkil edilib. Bu qrupda oxuyan tələbələr ATĐ ilə yanaşı,
Avstriyanın Krems ĐMC Tətbiqi Elmlər Universitetinin də
diplomuna əldə etmək imkanı qazanırlar. Đlk məzunlarımızdan (74
nəfər) 14 nəfəri hər iki ali məktəbin diplomunu almışlar. Avropa
Đttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivə-
sində Yunanıstan, Fransa, Bolqarıstan, Đtaliya, Litva, Portuqaliya,
Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları
2008-ci ildə əldə edilib. Belə ki, keçən dövr ərzində 9 müəllim və
17 tələbə bu proqramdan istifadə edərək xaricdə təhsil və
təcrübəsini artırıb. Həmçinin ATĐ 2 müəllim və 4 xarici tələbəni
qəbul edib. Ümumiyyətlə, Krems Universiteti də daxil olmaqla,
xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu yana
ATĐ-yə 47 müəllim və ekspert dəvət olunub. Almaniyanın Yade
Universiteti ilə əməkdaşlıq çərçivəsində ATĐ-nin 4 tələbəsi Yade
Universitetində, adı çəkilən universitetin 2 tələbəsi ATĐ-də
mübadilə proqramında iştirak etmişdir. Şimalı Kipr Türk Respub-
likasının Girnə Amerika və Doğu Akdeniz Universitetləri ilə
əməkdaşlıq memorandumları imzalanmışdır.
Turizm sahəsində təcrübə qazanmaları üçün tələbələrə
mövcud imkanlar daxilində təcrübə proqramları təklif olunur.
Onlar Azərbaycanla yanaşı, Türkiyə, Đsrail, Yunanıstan, Şimali
Kipr Türk Cümhuriyyəti, Portuqaliya və s. ölkələrdə təcrübə mü-
23
badiləsində olublar. Bir neçə gün əvvəl institutumuzun 16 tələbəsi
6 ay müddətində təcrübə keçmək məqsədilə Đsrailə yola düşmüş-
lər. Qeyd edək ki, ATĐ turizm sahəsinin yalnız təhsili ilə
kifayətlənmir, eyni zamanda, bu sahədə təlim və tədqiqat proses-
lərinin həyata keçirilməsində də yaxından iştirak edir. Bununla
bağlı institutda ATĐ Təlim Mərkəzi və ATĐ Tədqiqat və Đnkişaf
Şöbəsi fəaliyyət göstərir. Mərkəz BMTĐP, GĐZ, BMU,
IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbay-
can Respublikasının Đqtisadi Đnkişaf Nazirliyi, ATĐB, Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası və s. sifarişi ilə tədqiqatlar həyata keçirib. ATĐ eyni zaman-
da bir sıra yerli və beynəlxalq konfransların təşkilatçısı və iştirak-
çısı da olub.
Yaxın vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabi-
netinin qərarı ilə ATĐ-nin nəzdində Turizm Peşə Liseyinin yaradıl-
ması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əmək-
daşlığın dərinləşdirilməsi də həyata keçiriləcək planlara daxildir.
Görüləcək işlər sırasına təhsilin müxtəlif pillələri ilə bağlı
məsələlər daxildir. Peşə məktəbinin yaradılması ilə bağlı aparılan
işlərin sürətləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət
göstərən böyük peşə məktəblərindən biri Turizm Đnstitutunun
tabeçiliyinə verilib.
Göründüyü kimi, ATĐ-nin fəaliyyətində təhsilin vacib
problemlərindən biri olan davamlı təhsil, bu sahədə keyfiyyətin
artırılması, kadr hazırlığı prosesinin müasir standartlara yüksəldil-
məsi və s. məsələlər institutun daim diqqət mərkəzindədir.
24
Şahlar Əskərov
Professor, Əməkdar Elm Xadimi
Düzgün qərar qəbul etmənin elmi əsası
Böyük Şəhriyarın milli dəyər səviyyəsinə qalxmış bir bey-
tində deyilir:
Bizdən qabaqdadır avropalılar
Đşi iş bilənə tapşırır onlar.
Əvvəlcə onu qeyd edək ki, bu gün
yaşadığımız əsrin, sənayeləşmə əsri ad-
lanan keçən əsrdən əsas fərqi, onun elmə
– biliyə və informasiyaya əsaslanan əsr
olmasıdır. Bu, o deməkdir ki, hər bir
qəbul olunan qərarın arxasında elmi əsas
durmalıdır. Hər bir insan gündə onlarla
hadisənin, prosesin içərisindən keçdiyi
üçün çoxsaylı qərarlar qəbul etməli olur.
Belə qərarların sayı bir ildə orta hesabla
5 min, on ildə isə 50 min tərtibdədir.
Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də
milyona yaxındır. Çox nadir tarixi şəxslərə nəsib olar ki, onun
ömrü, demək olar ki, xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə
misal ulu öndər Heydər Əliyevi də göstərmək olar. Böyük Hind
mütəfəkkiri Oşoya görə ”Şərqdə insan ömrünün zirvə nöqtəsinin
uşaqlıqda və ya gənclikdə olması qəti şəkildə rədd olunur, çünki
zirvə – ömür yolunun digər ucunda olmalıdır”. Heydər Əlirza
oğlunun ömür yolu zirvəyə çatdı və tamamlandı. Đstər Sovet
Azərbaycanının, istər SSRĐ-nin, istərsə də müstəqil Azərbaycanın
rəhbərliyinə (zirvəyə) gedən yolu xətasız qərarlardan keçərək
daim yüksələn xətt boyunca irəliləmişdir. Bu səbəbdən də o,
ümummilli lider adlanır.
Hər kəs çalışmalıdır ki, onun qəbul edəcəyi qərarların xətası
az olsun. Çünki, inkişafa aparan yol xətasız qərarlardan keçir.
Dostları ilə paylaş: |