31
Nəsir Nəsirli
Azərbaycan Turizm Đnstitutunun
“Turizm işinin təşkili və idarə edilməsi” fakültəsinin
dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,
Ali təhsildə keyfiyyət təminatı problemi
Azərbaycan Respublikasında ali
təhsildə Boloniya prosesinin tətbiqinin
genişlənməsi və dərinləşməsi onun
əsasını təşkil edən keyfiyyətin təmin
edilməsi ilə birbaşa əlaqədardır. Bəzi
ekspertlər hesab edirlər ki, Boloniya
bəyan-naməsi təhsildə keyfiyyətin təmin
edilməsi məsələsini dəqiq müəyyənləş-
dirmə üsulunu özündə əks etdirmir,
baxmayaraq ki, təhsil nazirlərinin Paris
konfransından başlayaraq keyfiyyət hər
dəfə əsas məsələ kimi diqqət mərkəzində olmuşdur. Sonrakı
dinamika göstərmişdir ki, ali təhsil sistemində keyfiyyətin üç
səviyyədə təminatı təklif edilir: ali məktəbdə, ölkədə və bütöv
Avropada. Ali təhsilin keyfiyyət təminatının prinsipial məsuliyyəti
qarşılıqlı qəbul edilən kriteriya və metodların işlənməsidir.
Keyfiyyət təminatı məsələsində aşağıdakıların nəzərə alınması
məqsədəuyğundur.
1. Bu məsələ ilə maraqlanan ali məktəbin və təşkilatın
məsuliyyət dərəcəsinin və maraq dairəsinin nəzərə alınması;
2. Proqramın və ali məktəbin fəaliyyətinin qiymətləndiril-
məsində özünüqiymətləndirmənin və xarici ekspert qiymətləndir-
mələrinin, həmçinin tələbələrin qiymətləndirmədə iştirakının nə-
zərdə tutulması və nəticələrin çap olunması;
3. Keçirilən akkreditasiya proseduralarının sisteminin mü-
kəmməlliyi və sertifikatlaşdırılma mexanizminin dəqiqliyinin
nəzərə alınması;
32
4. Beynəlxalq əməkdaşlığın səviyyəsi, beynəlxalq şəbəkədə
iştirak və şəbəkə əməkdaşlığı;
5. Tədris vəsaitlərinin, dərsliklərin hazırlanması və nəşr
edilməsi;
6. Professor-müəllim heyətinin tələbələrlə əlaqələrinin səviy-
yəsi, yeni tədris üsullarından istifadənin səviyyəsi, tələbələrlə
sərbəst işlərin yerinə yetirilməsi prosesinin təşkili və s.
Ümumi Avropa səviyyəsinə gəlincə, Berlin konfransında
Avropa Universitetlər Assosiasiyasına, Avropa tələbələr birliyi və
Avropa ali təhsildə keyfiyyətə nəzarət şəbəkəsi ilə birlikdə
keyfiyyəti təmin edən ümumi konsepsiya, prosedura qaydaları və
metodikanın yaradılması haqqında göstəriş verilmişdir. Bu yaradı-
lacaq qaydalar vasitəsilə akkreditasiyaların keçirilməsi, xarici
ekspertizanın müəyyən olunmuş ali məktəblərdə keyfiyyət təmi-
natının tədqiq edilməsi üçün sistemin işlənib hazırlanması nəzərdə
tutulmuşdur.
Ali təhsilin keyfiyyətinə bu qədər dərin diqqətin yetirilməsi
müxtəlif səbəblərlə izah edilir.
I. Avropa ölkələrində dövlətin ali təhsil müəssisələrinin
fəaliyyətinə aktiv sürətdə müdaxilə etməməsi və onun ali təhsil
sisteminin nizamlaması prosesindən kənarda qalması.
II. Avropa ölkələrinin bir çox milli təhsil sistemlərində
axırıncı 10 ildə ali təhsil prosesinə daxil olmaq və bu prosesdən
çıxmaq məsələsinə müdaxilə edilməsi.
Təhsilin layihələndirilməsi üçün elə metodologiya hazırlan-
malıdır ki, təhsil işinin vacib göstəricilərindən biri təhsilin nəticə-
si olsun. Başqa sözlə, təhsil fəaliyyətinin effektivliyinin qiymət-
ləndirilməsi onun planlaşdırılması (tədris planının məzmunu,
təhsil müddəti və s.) və həyata keçirilməsi prosesi yox, təhsilin
nəticəsi, tələbənin aldığı bilik, dünyagörüşü, işə yararlılığı, sərbəst
təhsil almaq və özünütəhsil prosesini həyata keçirmək bacarıqları
kimi meyarlar əsasında aparılmalıdır. Bu işdə ağırlıq təhsil prose-
sinin üzərinə düşür (təhsil proqramları, tələbələrin müvəffəqiy-
33
yəti), o, peşə və şəxsi hazırlıq səviyyəsinin yüksəldilməsinə
istiqamətlənməlidir.
Nəhayət, ali təhsildə keyfiyyət təhsil prosesinin təşkilində və
həyata keçirilməsində aşkarlıq, diplom və ixtisas dərəcələrinin
qarşılıqlı qəbul edilməsi, təqdim edilmiş sənədlərin müqayisə
edilə bilən olması, etibarlılıq, kadrların əmək bazarında rəqabətə
davamlı olması və hazırlıq səviyyəsinin aşağı düşməsi prosesinə
əksfəaliyyət göstərə biləcək olması, işə götürənlərin tələbinə
uyğun peşə hazırlığına və vərdişlərinə sahib olması və s. bu kimi
digər məsələləri özündə birləşdirir. Göstərilən keyfiyyətlərin
təmin edilməsi isə bilavasitə ali təhsil müəssisəsində tədris
prosesinin təşkilində, öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı
münasibətlərin tənzimlənməsində, tələbənin özünü təhsil və
sərbəst öyrənmə vərdişlərinə yiyələnə bilməsinin təşkilindən, bir
sözlə təhsil xidməti bazarında artan rəqabətə davam gətirə biləcək
kadrların hazırlanmasının təşkilindən asılıdır. Ümumiyyətlə,
təhsilin keyfiyyəti sosial və şəxsi gözləntilərin real əldə edilmiş
təhsil nəticələrinin müvafiq normativ tələblərə uyğunluğu özündə
əks etdirən göstəricilərlə xarakterizə olunur.
Təhsil anlayışına yanaşma ümumiyyətlə iki əsas formada
özünü göstərir, nəticə kimi (savadlılıq) və təhsil öyrətmə prosesi
kimi. Hər iki halda təhsilə təsir edən amillər, idarəetmə orqanları,
təhsil müəssisələri, təhsil proqramları, öyrənənlər və öyrədən-
lərdir.
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi isə bu siyahıya
sifarişçi və təhsil xidmətindən yararlananların əlavə edilməsini
tələb edir ki, bunlar əsasən, şəxslər, istehsalat, cəmiyyət və dövlət,
təhsil sistemidir. Zəruri olan isə kimi qiymətləndirmək və nəyi
qiymətləndirməkdir. Yəni qiymətləndirmə obyektini və kriteriya-
ları müəyyənləşdirmə əhəmiyyət kəsb edir. Qiymətləndirmənin
obyektləri və subyektləri müəyyənləşdirilmişdirsə, bu, tam təhsil
sisteminin və onun elementlərini əhatə edir. Qiymətləndirmə isə
dövlət orqanları tərəfindən həyata keçirilir. Bunlar nəzərə alınarsa,
Dostları ilə paylaş: |