41
təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq
imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan
səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali
təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir. Ali
təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və
ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas
amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və
mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.
Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikas-
ının Qanununda Dövlət təhsil müəssisəsinin maliyyələşdiril-
məsinin təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə
normativlərinə əsasən həyata keçirilməsi və bu nоrmativlərin
təhsil müəssisəsinin tipinə, növünə və kateqоriyasına uyğun
оlaraq, hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla
müəyyən edilməsi təsbitlənmişdir.
Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyev
siyasətinin layiqli davamçısı möhtərəm prezident cənab Đlham
Əliyevin ötən ilin əvvəlində imzaladığı “Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə”
Fərmanının icrası istiqamətində aparılan işlər mühüm əhəmiyyət
kəsb edir.
Qeyd olunan Fərmanın icrası ilə bağlı görülən işlər, əldə
olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışmazdan
əvvəl bu mexanizmin tətbiqini zəruri edən amillərə nəzər salaq.
Belə ki, ali təhsilin dövlət maliyyələşdirməsinin ölkəmizdə
tətbiq olunan ənənəvi mexanizmi müasir qloballaşdırma və bazar
iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi bir dövrdə tələb
olunan standartlara cavab vermir. Məlum olduğu kimi, dövlət ali
təhsil müəssisələrinin büdcəsi əsasən, büdcə və büdcədənkənar
vəsaitlər hesabına formalaşır. Ənənəvi mexanizmə əsasən dövlət
ali məktəblərinin illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə
alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu
əsasında müəyyənləşdirilirdi. Qeyd etməliyik ki, ali məktəblərin
42
maliyyələşdirilməsinin bu mexanizmi təhsil sahəsində beynəlxalq
və milli səviyyədə rəqabətin gücləndiyi, nəticələrə əsaslanan
strateji planlaşdırmanın və maliyyələşdirmənin rolunun yüksəldiyi
bir dövrdə müasir tələblərə cavab vermirdi. Həmçinin, bu
mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin, təhsildə
keyfiyyətin yüksəldilməsini tam təmin etmir və son nəticədə
büdcədən ayrılan vəsaitlərin ali məktəblərdə səmərəsiz istifadəsi-
nə səbəb olurdu. Ali məktəblər onlara ayrılan dövlət vəsaitlərin-
dən mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə bilmir, vəsaitlərin
bölgüsündə bəzən subyektivlik hallarına rast gəlinirdi. Bundan
əlavə ali təhsil müəssisələri tələbə qəbulunun və dövlət maliy-
yələşdirilməsinin həmin ali təhsil ocaqlarının fəaliyyətinin nəticə-
lərindən və keyfiyyət göstəricilərinin səviyyəsindən asılı olmaya-
raq planlı qaydada həyata keçirildiyi üçün bir növ arxayınlaşır,
keyfiyyətin, cavabdehliyin artırılmasına ciddi səy göstərmir və
nəticədə sağlam rəqabət mühiti təmin olunmurdu.
Bu baxımdan bir daha qeyd etməliyik ki, ölkə prezidentinin
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanından
irəli gələn tələblərə əsasən ali təhsildə yeni maliyyələşdirmə
mexanizminin tətbiqi bu problemlərin köklü şəkildə tədricən
aradan qaldırılmasına yönəlmişdir. Fərmana əsasən dövlət sifarişi-
nin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və
tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin
perspektiv inkişafı amilləri nəzərə alınır.
Yeni mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə
ayrılan vəsaitlərin bir tələbə üçün müəyyənləşdirilmiş xərc
normativinə əsasən maliyyələşdirməni nəzərdə tutur. Yəni, bu, o
deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə
yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin
sayından asılı olaraq verilir.
Qeyd olunan Fərmanın əsas məqsədlərindən biri də, ali
təhsil müəssisələri arasında dövlət maliyyəsinin, daha doğrusu
dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni
43
təmin etməklə rəqabətin yaradılmasıdır. Belə ki, yeni qaydalara
əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə
dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər
mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin mülkiyyət for-
masından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət gös-
tərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə
yetirilməsində iştirak etmək hüququna malikdirlər. Yəni dövlət
sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq
əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil müəssisələrini də
seçə bilirlər. Bu zaman tələbənin təhsili üçün nəzərdə tutulan
dövlət vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə yönəlir.
Bu bir növ dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali
məktəblərinin inhisarçılığına son qoymaqla təhsil almaq üçün
bərabər imkanları və ədalət prinsipini təmin edir. Belə ki, ali təhsil
müəssisələrinə qəbul üçün tətbiq olunan yeni qaydalardan fərqli
olaraq əvvəlki qaydalarda tələbə yüksək bal toplasa da dövlət
hesabına oxumaq üçün yalnız dövlət ali təhsil müəssisələrini
seçmək məcburiyyətində qalırdı. Bu isə tələbələrin bərabər seçim
imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq olunan yeni qaydalar
təhsil müəssisələrinin qarşısında böyük məsuliyyət və yeni
tələblər qoyur. Belə ki, təhsil müəssisələri keyfiyyətli təhsil
xidmətləri təqdim etmədikləri halda tələbələr həmin ali
məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və nəticədə dövlət
sifarişi əsasında tələbəyə ayrılan dövlət maliyyəsi tələbənin
ardınca digər ali təhsil müəssisəsinə gedəcəkdir. Bu bir tərəfdən
ali təhsil müəssisələrinin bu sahədə cavabdehliyini də artırır.
Beləliklə ən yaxşı tələbələr öz növbəsində daha keyfiyyətli təhsil
verən ali təhsil müəssisələrinə üz tutacaqlar. Nəticədə aşağı
keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət
maliyyəsindən məhrum olacaqlar.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı görülən işlər. Ümumi təhsildə adambaşına maliyyələş-
dirmənin tətbiqi bəzi problemlərlə üzləşsə də, ali təhsildə yeni
Dostları ilə paylaş: |