37
Bütün deyilənlərə yekun vuraraq, qeyd etmək lazımdır ki,
təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, onun key-
fiyyət meyarlarının müəyyənləşdirilməsi və təkmilləşdirilməsi
onun səmərəliliyinin artırılması, bu sahədə yüksək nəticələrin əldə
edilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda bu iş
formallıqdan uzaq olmağı, maksimum obyektivliyi, qərəzsizliyi
tələb edir. Bu mənada insan faktoru həmişə ön planda olur.
38
Şahrza Əliyev
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Đqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Azərbaycanda ali təhsildə yeni maliyyələşmə mexanizminin
tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr
Təhsilin maliyyələşdirilməsi beynəlxalq kontekstdə
Dünya iqtisadiyyatında hər bir
ölkənin yeri əsasən, təhsilin keyfiyyəti
ilə xarakterizə olunur. Belə ki, millətin
intellektual potensialının inkişafı və
reallaşdırılması müasir cəmiyyətin da-
vamlı və dinamik inkişafının əsas amil-
lərindən biridir. Əlbəttə ki, təhsilin
keyfiyyəti bilavasitə maliyyələşdirmə-
nin həcmindən də asılıdır.
Məlum olduğu kimi, təhsilin
maliyyələşdirilməsinin iki əsas mənbəyi
var: dövlət büdcəsi və büdcədənkənar vəsaitlər hesabına. Sözsüz
ki, dövlət büdcəsindən maliyyələşdirmə daha böyük xüsusi çəkiyə
malikdir. Belə ki, təhsil sferası cəmiyyətin inkişafında çox vacib
rol oynadığı üçün dövlət bu istiqamətdə həmişə fəal siyasət həyata
keçirir. Ümumiyyətlə təhsilin maliyyələşdirilməsi dedikdə bütün
təhsil və tədris prosesinin həyata keçirilməsi üçün zəruri xərclərin
maliyyə resursları ilə təmin edilməsi başa düşülür. Dünya prak-
tikasından məlum olduğu kimi təhsilin dövlət maliyyələşdirilməsi
əsasən aşağıda göstərilən iki formada həyata keçirilir:
1. Təhsil (tədris) müəssisələrinin maliyyələşdirilməsi;
- Birbaşa yolla: smeta üzrə maliyyələşdirmə, subsidiyalar,
dövlət sifarişləri, adambaşına normativə əsasən maliyyələşdirmə;
- Dolayı yolla: vergi güzəştlərinin tətbiqi;
39
2. Təhsilalanların maliyyələşdirilməsi;
- Birbaşa yolla: təhsil vauçerləri, qrantlar, kreditlər;
- Dolayı yolla: vergi güzəştlərinin tətbiqi, kreditlərə dövlət
zəmanətinin verilməsi;
Müasir dövrdə əksər dünya ölkələrində təhsilin maliyyələş-
dirilməsi bu məqsədlə ayrılan büdcə vəsaitlərinin kifayət qədər
olmaması ilə xarakterizə olunur. Belə olan halda təhsilin keyfiy-
yəti və məzmunu, hamı üçün bərabər və keyfiyyətli təhsil imkan-
larının yaradılması və digər bu kimi məsələlərlə bağlı problemlər
arxa plana keçir. Lakin təhsilə ayrılan maliyyə çatışmazlığı
məsələsinə aşağıdakı 2 nöqteyi-nəzərdən yanaşmaq lazımdır:
- Dövlət büdcəsindən ayrılan vəsaitlərin çatışmazlığı, daha
doğrusu, kəmiyyət amili nöqteyi-nəzərindən.
- Büdcə vəsaitlərinin təhsil səviyyələri və təhsil müəssi-
sələri arasında kifayət qədər effektli bölüşdürülməməsi, daha
doğrusu keyfiyyət amili nöqteyi-nəzərindən.
Buna görə də təhsilin maliyyələşdirilməsi ilə bağlı aparılan
təhlillər təkcə ayrılan büdcə vəsaitlərinin miqdarı ilə deyil, həm də
mövcud büdcə maliyyələşdirilməsi mexanizminin çatışmazlıq-
larının aşkara çıxarılması ilə səciyyələnməlidir. Bu baxımdan,
tarixən dünyanın inkişaf etmiş ölkələrində təhsilin maliyyələşdi-
rilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, modernləşdirilmə-
sinə və daha effektiv üsulların tətbiqinə böyük maraq olub.
Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi məsələsinə təhsil
sistemindən və digər sosial-iqtisadi sistemlərdən ayrı şəkildə
baxmaq olmaz. Belə ki, dövlətlə təhsil sisteminin və digər sosial-
iqtisadi sistemlərin elementlərinin arasında qarşılıqlı əlaqələr var.
Bunlara əsasən aşağıdakılar aiddir:
• Təhsilin və təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin
monitorinqi və qiymətləndirilməsinin effektiv sistemi;
• Təhsil xidməti təklif edən müəssisə və təşkilatların
akkreditasiyası və sertifikatlaşdırılması sistemləri;
40
• Təhsil müəssisələrinin təklif etdikləri xidmətlər və tədris
kursları barədə hamı üçün əlçatan, etibarlı və geniş informasiya
sisteminin mövcudluğu;
• Təhsil müəssisələrində büdcədənkənar maliyyələşmə im-
kanlarını və həmçinin sponsorluq fəaliyyətlərini məhdudlaşdır-
mayan, əksinə onları stimullaşdıran vergi sisteminin mövcudluğu;
• Etibarlı və işlək maliyyə-bank sisteminin mövcudluğu.
Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi
əsasında digər ölkələrdə də təhsilin maliyyələşdirilməsi mexa-
nizmlərinin təkmilləşdirilməsi istiqamətində köklü islahatlar apa-
rılır. Bu islahatların əsas məqsədi təhsil müəssisələri tərəfindən
göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına marağın və
cavabdehliyin səviyyəsinin artırılmasıdır. Bu baxımdan, indiki
dövrdə büdcədən maliyyələşdirmədə, eləcə də təhsilin maliyyələş-
dirilməsində, yeni mütərəqqi model və metodların istifadəsi geniş-
lənir. Beynəlxalq aləmdə təhsilin maliyyələşdirilməsində ən çox
yayılmış mütərəqqi metod adambaşına maliyyələşdirmə hesab
edilir.
Ali təhsildə yeni maliyyələşdirmə mexanizminə keçidin
zəruriliyi. Müasir dövrdə ali təhsilin inkişafı yaxın perspektiv
üçün ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamət-
lərindən biridir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi indiki
dövrdə ölkənin inkişafının əsas amili təhsilin səviyyəsi və keyfiy-
yətindən çox asılıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsində,
eləcə də ali təhsil üzrə aparılan nəticəyönümlü islahatlar mühüm
əhəmiyyət kəsb edir. Ali təhsildə hal-hazırda aparılan islahatların
əsas ana xəttini Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2009-
2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın icrası təşkil edir. Proqramın
əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə
inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsip-
lərinə uyğun qurulması, ali təhsilin rəqabət qabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali
Dostları ilə paylaş: |