Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

142.2. Himayədar ailə haqqında əsasnamə 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq olunur.

Maddə 143. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilə 

143.1. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilədə hökmən onun yaşayış, tərbiyə 

və   təhsil   şəraiti,   himayədar   valideynlərin   hüquq   və   vəzifələri,   qəyyumluq   və   himayə   orqanının 

himayədar ailə qarşısında vəzifələri, bu müqavilənin ləğv olunmasının əsasları və nəticələri göstərilir. 

Himayədar   valideynlərin   əməyinə   görə   haqqın   miqdarı   və   tərbiyə   üçün   götürdükləri   uşaqların 

sayından asılı olmaqla onlara verilən imtiyazlar qanunvericiliklə müəyyən edilir.

143.2. Uşağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzrlü səbəb olarsa (xəstəlik, ailə və 

əmlak vəziyyətinin dəyişməsi, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli 

vəziyyət),   himayədar   valideynlərin   təşəbbüsü   ilə,   eləcə   də   uşağın   ailədə   tərbiyəsinə,   təhsilinə   və 

sağlamlığına   əlverişsiz   şəraitin   olduğu   və   ya   uşaq   öz   ailəsinə   qaytarıldığı,   yaxud   övladlığa 

götürüldüyü hallarda qəyyumluq və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula bilər.

Maddə 144. Himayədar valideynlər 

144.1. Aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış hər iki cinsdən olan şəxslər himayədar 

valideyn ola bilər:

144.1.2. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud 

hesab edilən şəxslər;

144.1.3. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik 

hüquqları məhdudlaşdırılan şəxslər;

144.1.4. üzərinə qanunla qoyulan qəyyumluq (himayəçilik) vəzifələrini lazımi qaydada yerinə 

yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər;

144.1.5.   keçmiş   övladlığa   götürənlər,   əgər   övladlığa   götürmə   onların   təqsiri   üzündən 

məhkəmə tərəfindən ləğv olunmuşsa;

144.1.6. səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.

144.2. Himayədar valideynləri bu Məcəllənin 137.2-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə uyğun 

olaraq 


müvafiq icra hakimiyyəti orqanı

 seçir.


144.3. Himayədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə qəyyumun 

(himayəçinin) hüquq və vəzifələrinə malik olurlar.



Maddə 145. Himayədar ailənin tərbiyəsinə verilmiş uşaqlar və onların saxlanması 

145.1. Valideyn himayəsindən məhrum olmuş, o cümlədən tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi 

müəssisələrində   və   bunlara   bənzər   müəssisələrdə   olan   uşaqlar   tərbiyə   edilmək   üçün   himayədar 

ailələrə verilə bilərlər.

145.2. Himayədar ailələrə verilən uşaqların əvvəlcədən seçilməsi 

müvafiq icra hakimiyyəti orqanı

 ilə 

razılaşdırılmaqla   uşağı   ailəyə   götürmək   istəyən   şəxslər   tərəfindən   həyata   keçirilir.   Uşağın 



mənafeyinin tələb etdiyi hallar istisna olmaqla, qardaş və bacıların ayrılmasına yol verilmir.

145.3. Uşağın himayədar ailəyə verilməsi onun rəyi nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam 




olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər.

145.4. Himayədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial ödənişlər 

almaq,   mənzil   sahəsi   üzərində   mülkiyyətçi   olmaq,   ondan   istifadə   etmək,   mənzil   sahəsi   olmazsa, 

mənzil qanunvericiliyinə uyğun olaraq mənzil sahəsi almaq hüququna malikdir.

145.5. Himayədar ailəyə verilən uşaqlar bu Məcəllənin 50—52-ci maddələrində nəzərdə tutulmuş 

hüquqlara malikdirlər.

145.6. Qanunvericilikdə müəyyən edilmiş qaydada himayədar ailəyə verilən uşağın hər birinə hər ay 

maddi müavinət verilir.

145.7. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək 

müvafiq icra hakimiyyəti orqanının

 borcudur.

Yeddinci bölmə. Ailə qanunvericiliyinin əcnəbilərin və 

vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə 

münasibətlərinə tətbiqi

Maddə 146. Azərbaycan Respublikası ərazisində nikahın bağlanması 

146.1.   Azərbaycan   Respublikasında   nikahın   bağlanmasının   forma   və   qaydaları   Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

146.2.   Azərbaycan   Respublikasının   ərazisində   əcnəbi   şəxs   üçün   nikahın   bağlanma   şərtləri   onun 

ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən 

edilir.


146.3. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı 

ölkənin qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 147. Diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində nikah bağlanması 

147.1.   Azərbaycan   Respublikasının   hüdudlarından   kənarda   yaşayan   Azərbaycan   Respublikası 

vətəndaşları   arasında   nikah   Azərbaycan   Respublikasının   diplomatik   nümayəndəliklərində   və   ya 

konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.

147.2.   Xarici   ölkələrin   Azərbaycan   Respublikasındakı   diplomatik   nümayəndəliklərində   və   ya 

konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab 

edilir.

Maddə 148. Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması 

148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları 

arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 

arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci 

maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan 

Respublikasında etibarlı hesab edilir.

148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə 

əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə