Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət
etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və
miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
50
22-ci fəsil
Doğumun qeydə alınması
Maddə 166. Doğumun qeydə alınması qaydası
166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud
onlardan birinin yaşadığı yerdə aparılır.
166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin
müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün
olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və
yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
51
166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra
hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat
informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə
ötürülür.
166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal
ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi,
həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın
ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan
doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş
müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
52
Maddə 167.
Doğum haqqında məlumatın verilməli olduğu müddət
Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq
ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.
53
Maddə 168.
Doğum haqqında qeydiyyat
168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə
onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun
yazılır.
54
168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır.
Maddə 169. Uşaq doğulanadək ölmüş atanın qeydiyyatı
Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra
doğulduqda, ölmüş şəxs doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə
uşağın atası kimi yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu
günədək 10 aydan çox vaxt keçməsin.
Maddə 170. Nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan
olan uşağın doğulmasının qeydə alınması
Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız
hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın
pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan
çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı
qaydasında aparılır.
23-cü fəsil
Nikahın qeydə alınması
Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə
171.1. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların
valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu
barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci
maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin
neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.
171.2. Nikaha daxil olmaq barədə ərizəyə, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun
olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən
arayış əlavə olunur.
55
Maddə 172.
Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi,
nikahın qeyd gününün təyin olunması
172.1. Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları
nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin
səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-
arvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha
daxil olmaqla maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları
xəbərdar etməyə borcludur.
172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə
razılaşdırılaraq bu Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl
etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü
təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-
olmadıqlarını bildirirlər.
Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin
yoxlanması