151.2. Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, onların
aliment tutulması barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin
müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə
razılıq əldə etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə bu
Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir.
Maddə 152. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə
açılması
152.1. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması üçün
uşağın anadan olmağa görə və vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir.
152.2. Azərbaycan Respublikasında atalığın (analığın) müəyyənləşdirilməsi və buna
dair mübahisə açılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə atalığın (analığın)
müvafiq icra hakimiyyəti orqanında müəyyənləşdirilməsinə yol verilirsə, uşağın
valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa və onlardan heç olmazsa biri
Azərbaycan Respublikasının vətəndaşıdırsa, onların atalığı (analığı) müəyyənləşdirmək
üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluq idarəsinə
müraciət etmək hüququ var.
Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri
Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı
saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun
müəyyənləşdirilir. Əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və
ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə
müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər
münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi
tətbiq oluna bilər.
Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment
vəzifələri
Ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi
ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin
qanunvericiliyinə uyğun olaraq aliment alır.
Maddə 155. Övladlığa götürmə
155.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan
uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
155.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaq, övladlığa götürənin
ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa
götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə yanaşı, bu Məcəllənin 66.6-cı, 117-119-
cu və 122—124-cü maddələrinə də əməl olunmalıdır.
43
155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni
nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də
həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq
zəruridir.
155.4. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində
pozula bilərsə, övladlığa götürmə, övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq,
həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında
ləğv olunmalıdır.
155.5. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən
Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə
Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında
müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.
44
Maddə 156.
Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən
edilməsi
156.1. Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya
müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların
məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun olaraq
müəyyənləşdirir.
156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə,
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan və sair orqanlar
müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə
bilərlər.
45
156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə
normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti
orqanlarına təqdim etmək hüququna malikdirlər.
156.4. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu Məcəllənin 156.1—
156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının
qanunvericiliyi tətbiq edilir.
Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər
Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan
hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan
Respublikasının qanunvericiliyi tətbiq edilir.