ON SOZ
Müasir dövrdə beynəlxalq aləmdə baş verən qlobal proseslərin
nizama salınmasında, eləcə də ədalətli, təhlükəsiz və dayanıqlı
beynəlxalq münasibətlər sisteminin formalaşmasında beynəlxalq hüquq
əhəmiyyətli rol oynayır. Dövlətlərin yürütdükləri xarici siyasətin hüquqi
bazası sayılan beynəlxalq hüquq beynəlxalq münasibətlərdə hüquqi
əsasları möhkəmləndirir ki, bu, onların həyata keçirdikləri xarici siyasət
prioritetlərindən biridir.
Planetdə yaşayan bütün xalqlann və dövlətlərin təhlükəsizliyinin
təmin
edilməsində,
həmçinin
beynəlxalq
sülhün
qorunub
saxlanılmasında əvəzedilməz və misilsiz rola malik olan müasir
beynəlxalq hüquq BMT Nizamnaməsi kimi təmələ söykənir ki, bu,
zamanəmizin ən vacib beynəlxalq hüquqi-siyasi sənədi sayılır.
Müasir dövrdə beynəlxalq hüquq vasitəsilə dövlətlərarası
münasibətlərin, praktiki olaraq, bütün sahələrinin hüquqi tənzimlənməsi
həyata keçirilir. Beynəlxalq hüquq subyektlərinin beynəlxalq- hüquqi
statusu, funksiyaları, əsas beynəlxalq hüquq və vəzifələri, mübahisə və
münaqişələrin həllinin tənzimlənməsi, eləcə də məsuliyyət məsələləri
be
5
məlxalq hüquqla müəyyən edilir.
Beynəlxalq-hüquqi tənzimetmə funksiyasmı həyata keçirərkən
beynəlxalq hüquq hamılıqla qəbul edilmiş öz prinsiplərinə əsaslanır ki,
imperativ xarakter və normativ əhəmiyyət daşıyan bu prinsiplər iki yerə
bölünür: əsas prinsiplər, sahəvi (xüsusi) prinsiplər. Beynəlxalq hüququn
əsas prinsipləri (dövlətlərin suveren bərabərliyi prinsipi, güc tətbiq
etməmək və ya güclə hədələməmək prinsipi, dövlətlərin daxili işlərinə
qanşmamaq prinsipi, beynəlxalq mübahisələri dinc yolla həll etmək
prinsipi, dövlətlərin ərazi bütövlüyü prinsipi və s.) beynəlxalq
dövlətlərarası münasibətlərin bütün sferalarında tətbiq olunur. Normativ
məzmunu olan və vacib beynəlxalq-hüquqi sənədlərdə öz ifadəsini tapan
həmin prinsiplər
dövlətlərarası münasibətlərin tənzimlənməsi sistemində mühüm rol
oynayır. Universallıq beynəlxalq hüququn əsas prinsiplərinin xarakterik
xüsusiyyəti olub, bunu ifadə edir ki, beynəlxalq hüququn bütün
subyektləri məcburən həmin prinsiplərə əməl etməli və onlan lazımınca
yerinə yetirməlidirlər.
Beynəlxalq hüququn sahəvi (xüsusi) prinsipləri isə beynəlxalq
hüququn tərkibində müstəqil hüquq sahəsi kimi tanınan hüquqi
qurumlara xas olan əsas normativ ideyalardır. Belə prinsiplər beynəlxalq
hüququn bu və ya digər konkret sahəsində tətbiq edilir.
Beynəlxalq hüququn təşəkkül tapması, formalaşması və inkişafı
beynəlxalq birliyin üzvü olan müstəqil və suveren dövlətlərin fəaliyyəti
ilə birbaşa bağlıdır. Qloballaşma dövründə bu məsələ daha aktual
görünür və qeyd etməliyik ki, beynəlxalq hüquq döv- lətlərarası
hüquqdur.
Azərbaycan Respublikası da öz tarixi dövlət müstəqilliyini bərpa
etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dünya
birliyinin tamhüquqlu üzvünə çevrilmiş, bir sıra qlobal layihələr
gerçəkləşərək, ənənəvi təsərrüfat və idarəetmə mexanizmlərində ciddi
dəyişikliklər baş verməklə ölkədə yeni infrastruktur sahələri yaranmış,
beynəlxalq əlaqələr sferası genişlənmiş, hüquqi dövlət quruculuğu
istiqamətində silsilə qanunvericilik aktları qəbul edilərək, insanların azad
və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi
istiqamətində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Müdrik ulu öndərin elmi əsaslara söykənən ictimai-siyasi və
sosial-iqtisadi sferalarda çoxaspektli inkişaf kursu bazar iqtisadiyyatına
keçid və dünyada baş verən qloballaşma prosesləri fonunda ölkə
Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək, yeni çalarlarla və
uğurla davam etdirilir; gələcəyə istiqamətlənmiş bu sosial-iqtisadi və
hüquqi islahatlar bütün sahələrdə, o cümlədən beynəlxalq təhlükəsizlik
sektorunda öz müsbət nəticələrini verməkdədir.
Azərbaycanın xarici əlaqələrində beynəlxalq təşkilatlarla ikitərəfli və
çoxtərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet
istiqamətlərdən sayılır. Məhz bu istiqamətdə yürüdülən siyasətin nəticəsi
olaraq, Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının -
BMT, BƏT, ÜST, BMAT, BDT, ATƏT, Avropa Şurası, İslam Konfransı
Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumların
üzvü kimi onlann işində yaxından iştirak edir.
Azərbaycan həm də Avropa İttifaqı, Beynəlxalq Valjmta Fondu,
Avropa Yenidənqurma və İnkişaf Bankı və s. bu kimi təşkilatlarla fəal
əməkdaşlıq edir. İndiyədək bu təşkilatlar tərəfindən ölkəmizdə çoxsaylı
iqtisadi və sosialyönümlü proqram və layihələr həyata keçirilmişdir. Son
dövrlərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün bu
beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş, dərinləşmiş və
möhkəmlənmişdir; BMT Təhlükəsizlik Şurasına Azərbaycanın
qeyri-daimi üzv seçilməsi (2011-ci il) ölkəmizin beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlığının bariz nümunəsidir.
Azərbaycanın xarici siyasət sahəsində beynəlxalq təhlükəsizlik
strukturlan ilə əməkdaşlığı da apancı xətt təşkil edir. Bu istiqamətdə
NATO ilə əlaqələr xüsusilə qeyd edilməlidir. Azərbaycan - NATO
əlaqələri ölkəmizin Avratlantİk strukturlara inteqrasiyasının tərkib
hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycamn 1994-cü ildə «Sülh
Naminə Tərəfdaşlıq» Proqramına qoşulması ilə başladı. Bununla,
Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə
təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən
bəhrələnmək imkanlan qazanmışdır.
Ölkəmiz Avropa ilə Asiyam, Şimalla Cənubu bir-birinə bağlayan
nəhəng transmilli eneıji-nəqliyyat layihələrinin həyata keçirilməsində
mühüm rol oynayır. TRASEKA, BTC, BTƏ, TAN AP, TAP və digər
qlobal ticarət layihələri də daxil olmaqla, zəngin karbohidrat
ehtiyatlarımızın dünya bazarlanna çıxarılması, beynəlxalq idman
oyunlarmın keçirilməsi, genişmiqyaslı turizm, iqtisadi, səhiyyə,
elmi-texniki, mədəni və digər multikultural tədbirlərin gerçəkləşdirilməsi
Azərbaycanın beynəlxalq aləmdəki rolunu artıraraq,
5