I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   2   3   4   5   6   7   8   9   ...   31

«nation»  ifadəsi  həm  də  «dövlət»,  «ölkə»  kimi  mənalan  bildirir.  Buna 

görə  də,  göstərilən  xarici  anlayışlar  hərfən  «dövlətlərarası  hüquq» 

mənasını ifadə edir.' 

Bəzi ölkələrdə isə, əksinə, «beynəlxalq hüquq» termininin qarşılıqlı 

əvəzi  və  ekvivalenti  kimi  işlədilən  anlayışlarda  həmin  terminin  hərfən 

dövlətlərarası  hüquq  mənasını  bildirməsi  öz  əksini  tapmır.  Məsələn, 

beynəlxalq  hüquqa  rusca  «mejdunarodnoe  pravo»,  ukrayna  dilində 

«mijnarodne  pravo»,  bolqarca  «mejdunarodno  pravo»,  serb  dilində 

«medunarodne  pravo»,  polşa  dilində  «prawo  miedzynarodowe»  və  s. 

deyilir. Həmin anlayışlar hərfi mənada azərbaycan dilinə «dövlətlərarası 

hüquq» kimi deyil, «xalqlararası hüquq» kimi tərcümə olunur. Türkiyədə 

beynəlxalq hüquq «mil- letlerarası hukuk» kimi terminlə ifadə olunur ki

həmin termin dövlətlərarası hüquq deyil, millətlərarası hüquq mənasını 

ifadə  edir.  Almaniyada  «beynəlxalq  hüquq»  termininin  qarşılıqlı 

ekvivalenti  kimi  «Völkerrecht»  anlayışı  işlədilir  ki,  həmin  anlayış 

«xalqlar hüququ» mənasını bildirir. 

Nə «xalqlararası hüquq», nə «millətlərarası hüquq», nə də «xalqlar 

hüququ» və s. bu kimi terminlər «beynəlxalq hüquq» anlayışının əsl və 

həqiqi mənasına uyğun gəlir; həmin terminlər beynəlxalq hüququn real 

məzmununu və onun funksiyasını tam şəkildə açıqlamır. Unutmaq olmaz 

ki, «beynəlxalq hüquq» termininin kəsb etdiyi əsl və həqiqi məna bundan 

ibarətdir: o, real surətdə mövcud olan dövlətlərarası hüquqdur. 

Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquqa  dair  ədəbi)^at 

səhifələrində  «beynəlxalq  hüquq»  termini  ilə  yanaşı,  həm  də,  eyni 

zamanda,  «be>TiəIxalq  ümumi  hüquq»  anlayışı  işlədilir.  «Beynəlxalq 

hüquq» anlayışından istifadə olunması barədə ilk təklif ingilis filosofu və 

hüquqşünası  İ.Bentama  məxsusdur;  xatırladaq  ki,  o,  1789-cu  ildə  nəşr 

etdirdiyi  məşhur  traktatda  («Beynəlxalq  hüququn  və  sülhün 

prinsipləri»)^ birinci dəfə olaraq

1

 

Лукашук И.И. Международное право. Общая часть. Учебник. М., 1997, 

С.4.

 

2

 

URL:

http://www.uchebnik

 - besplatno.com 

15 



«beynəlxalq hüquq» terminini işlətmək haqqında təkliflə çıxış etmişdir. 

Həmin  traktatda  o,  Roma  hüququ  dövründən  bəri  işlədilən  «xalqlar 

hüququ»  (jus  gentium)  terminini  «intemationai  law»  («beynəlxalq 

hüquq»)  termini  ilə  əvəz  etmişdir.  1802-ci  ildə  yeni  termin  Fransada 

işlədilməyə  başladı;  XIX  əsrin  ortalarından  etibarən  isə  «beynəlxalq 

ümumi hüquq» termini tətbiq olundu. 

İnqilabaqədərki  Rusiya  hüquq  ədəbiyyatı  səhifələrində,  bir  qayda 

olaraq,  «beynəlxalq  hüquq»  termini  işlədilmişdir;'  həmin  dövrdə 

«beynəlxalq ümumi hüquq» kimi anlayışdan istifadə edilməsinə, demək 

olar ki, təsadüf olunmur. 

Sovet  dövrünün  hüquq  ədəbiyyatı  səhifələrində,  əsasən  və  başlıca 

olaraq, «beynəlxalq hüquq» termini işlədilmişdir;^ bu termindən istifadə 

olunması  müqayisəedilməz  dərəcədə  üstünlük  təşkil  edir.  Bununla 

yanaşı,  sovet  dövründə  müəyyən  hallarda  həm  də  «beynəlxalq  ümumi 

hüquq» anlayışı işlədilirdi.^ 

«Beynəlxalq  ümumi  hüquq»  terminindən,  əsasən.  Qərb  hüquq 

ədəbiyyatında istifadə olunur; bu termin dəbdə olub, Avropa müəllifləri 

tərəfindən tez-tez hallarda işlədilir.“* Rusiya Federasiyası və MDB üzvü 

olan  digər  ölkələrdə  hansı  termindən  istifadə  olunmasına  üstünlük 

verilməsinə  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  bu  ölkələrin  hüquq 

ədəbiyyatında çox nadir hallarda «beynəlxalq 

1

 

Mssdhn  bax:  Капустин  M.H.  Международное  право.  Ярославль,  1872; 

Каченовский Д.И. Курс международного права. Харьков, 1863; Корку- нов 

Н.М.  Лекции  по  международному  праву.  СПб.,  1883-1884;  Камаров-  ский 

Л.А.  Международное  право.  М.,  1905;  Мартенсе  Ф.Ф.  Современное 

международное право цивилизованных народов. Том 1-2. СПб., 1904- 1905; 

Уляницкий В. А, Международное право. Томск, 1911 və s. 

2

 

МэзэЬп, bax: Международное право. Учебник / Отв. ред. Б.А.Коровин. М., 

1951;  Международное  право.  М.,  1960;  Международное  право. 

Учебник/Отв. ред. Н.Г.Блатова. М., 1987; Курс международного права. М., 

1972;  Курс  международного  права.  М.,  1989;  Международное  право. 

Учебник / Отв. ред. Г.И.Тункин. М., 1974 və s. 

3

 

Международное право. Учебник / Отв. ред. Г.И.Тункин. М., 1982, с.З. 

А Məsələn, bax: Daillier R, Pellet А. Droit International Public. R, 2002; Rousseau 

Ch. Droit International Public. П., 1970 və s. 

16 



ümumi  hüquq»  termini  işlədilir;’  həmin  ölkələrin  həm  tədris,  həm  də 

monoqrafiya  ədəbiyyatmda  «beynəlxalq  hüquq»  anlayışından  istifadə 

olunması son dərəcə geniş yayılmışdır.- Təsadüfi deyil ki, son zamanlar 

Rusiya  Federasiyasında  onlarca  sayda  dərslik  yazılmışdır  ki,  onlarm 

hamısı «beynəlxalq hüquq» («mejdunarodnoe pravo») adlanır. 

Beynəlxalq-hüquqi  sənədlərdə  hansı  termindən  istifadə  edilməsinə 

gəldikdə  isə,  qeyd  etməliyik  ki,  bu  sənədlərdə  hər  iki  termin  işlədilir. 

Məsələn, BMT Nizamnaməsində (13-cü maddədə) «beynəlxalq hüquq» 

terminindən  istifadə  olunur;  BMT  Baş  Assambleyasının  11  dekabr 

1946-cı il tarixli Qətnaməsində (Beynəlxalq hüququn proqressiv inkişafı 

və  kodifıkasiya  olunması  haqqında  Qətnamədə),  habelə  Beynəlxalq 

Hüquq  Komissiyası  haqqında  Əsasnamədə  isə  «beynəlxalq  ümumi 

hüquq» termini işlədilir. 

Beləliklə,  müasir  dövrdə  «beynəlxalq  ümumi  hüquq»  termini 

epizodik  və  çox  nadir  hallarda  tətbiq  olunur.  Hansı  termindən  istifadə 

edilməsinin məqsədəuyğun və üstün olmasına gəldikdə, qeyd etməliyik 

ki,  bunun  heç  bir  hüquqi  əhəmiyyəti  və  mənası  yoxdur.  Başqa  sözlə, 

göstərilən terminlərin hansından istifadə edilməsi məsələnin mahiyyətini 

dəyişmir.  Belə  ki,  onlar  məzmunca  üst-üstə  düşən,  mənaca  sinonim 

(eynimənalı)  terminlərdir;  həm  beynəlxalq  hüquq,  həm  də  beynəlxalq 

ümumi hüquq dövlətlərarası hüquqdur. 

1

 

MdS3lm,  bax:  Международное  публичное  право.  Учебник  /  Отв.  ред. 

К.А.Бекяшев. М., 2009; Международное право. Учебник / Под общ. ред. 

A.

 

Я.Капустина. М., 2008, с. 19; Əliyev Ə.İ. Beynəlxalq ümumi hüquq 

(metodik vəsait). Bakı, 2004 və b. 

2

 

Məsələn, bax: Международное право. Учебник / Пред. ред. кол. Г.И.Тун- кин. 

М.,  1999;  Международное  право.  Учебник  /  Отв.  ред.  Е.Т.Усенко, 

Г.Г.Шинкарецкая.  М.,2003;  Международное  право.  Учебник  /  Под  ред. 

Л.Н.Шестакова. М., 2005; Международное право. Учебник / Отв. ред. 

B.

 

И.Кузнецов, Б.Р.Тузмухамедов. М., 2007; Международное право. 

Учебник / Отв. ред. ЕИ.Курдюков. Казань, 2004; Тимченко Л.Д. 

Международное право. Учебник. Харьков, 2СЮ4; Ш;^вддов Jä-M.- 

]'''''^ллгнаподн.о®_ право. М., 2008 və b. 

17 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə