Kurikulum nədir? “Kurikulum”un, lüğəvi mənası “kurs”, “yol



Yüklə 18,06 Kb.
tarix11.05.2023
ölçüsü18,06 Kb.
#109723
növüTədris planı
İBT kurikulum


Kurikulum nədir?
“Kurikulum”un, lüğəvi mənası “kurs”, “yol” deməkdir. Bu söz ingılıscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi ə izah edilir. Bəzi mənbələrdə göstərildiyi kimi, 1876-cı ildən etibarən ondan bır termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-cı ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
İlk vaxtlar “təhsil planı” kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar kurikulum”, son illərdəki normativ-hüquqi sənədlərdə isə təhsil proqramı kimi işlənmişdir. 2006-cı ildə Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) çərçivə sənədində kurikulum "təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd» kimi göstərilir. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsilalanlarm hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir
2009-cu ildə “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunanda kurikulum “təhsil proqramı” adlandırılmış və ona belə tərif verilmişdir: “Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.
Azərbaycanda kurikulum islahatını zəruri edən səbəblər:
° Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid.
Dünya təhsil sisteminə inteqrasiya.
İnformasiya əsrinin tələbləri.
Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi.
Kurikulumlar hazırlanarkən tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik, şəxsiyyətyönümlülük prinsiplərlə yanaşı, demokratik və humanist prinsiplər də əsas götürülmüşdür.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır.
Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayişla- rm mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır.Şəxsıyyətyonumlü kurikulumlar bilavasitə həyati bacarıq və vər dişlərə üstünlük verilməsi ilə fərqlənir.
1999-cu illdə İslahat Proqramı" nın qəbul edilməsiylə Fənyönümlü təhsil sistemindən şəxsiyyətyönümlü təhsilə keçidin əsası qoyuldu. 2006-cı ildə “Azərbaycan Respublikasinda ümumi təhsilin Konsepsiyası (Milli Kuri- kulumu)”sənədı hazırlandı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edildi.
Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırıl- masma xidmət edir:

Ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;


Fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
Təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
Nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq edilməsi;
Təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdiril- məsinin təmin olunması;
Şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimulasının təmin edilməsi.
Milli Kurikulum sənədinə daxildir: ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər, ümumi təhsilin məzmun standartları, ümumi təhsil müəssisələrində fənlər üzrə həftəlik dərs saatlarının miqdarı, umumı təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi, fənn kurikulumlarının strukturu.
Dövlət standartlarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Ümumi təhsilin məzmunu;
Ümumi təhsilin idarə olunması;
Ümumi təhsilin infrastrukturu;
Ümumi təhsilin maddi-texniki və tədris bazası;
Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri;
Ümumi təhsil sistemində təhsilalanlarm bilik, bacarıq və vərdişlərinin səviyyəsi.

Təhsil proqramında (kurikulumlarında) isə aşağıdakı parametrlər ifadə olunur:
Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri.
Ümumi təhsil səviyyələri üzrə məzmun standartları.
Ümumi təhsil pilləsində tədris edilən fənlər.
Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının maksimum miqdarı.
Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri.
Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.
Yüklə 18,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə