məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun
tələbi ilə açıla bilər.
47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs
qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair
mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
47.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun
implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə
əsaslanmaq hüququ yoxdur.
47.4 Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı
doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum
haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə
əsaslana bilməz.
Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri
Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən
olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında
nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
11-ci fəsil
Ailədə uşaqların hüquqları
Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ
49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən
şəxslər uşaq hesab olunurlar.
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və
onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla,
onlarla birgə yaşamaq hüququna malikdir.
49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin
olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda
və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu
Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təmin edilir.
Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq
hüququ
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə
ünsiyyətdə olmaq hüququna malikdir.
50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin
ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna
malikdir.
50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə
ünsiyyətdə olmaq hüququna malikdir.
50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə
müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz
valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Maddə 51. Uşağın müdafiə hüququ
51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir.
51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları
əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti
orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət
qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu
müstəqil həyata keçirirlər.
51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə
hallarından müdafiə olunmaq hüququ vardır.
51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri
(onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya
valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün
müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək
hüququna malikdir.
51.6. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına
və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və
qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər
vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına
məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda
uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə
borcludur.
18
51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları
nəzarət edirlər.
19
Maddə 52.
Uşağın öz fikrini bildirmək hüququ
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini
bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək
hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına
çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda
məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə
qərar qəbul edə bilər.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ
53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.
53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.