Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

Qiymətli  metallar  və  qiymətli  daşlar  hasil,  istehsal  etmiş  subyektlər tərəfindən  yerin 
təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş 
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, 
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə‐
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 213‐3. Dövlət əyar damğalarını saxtalaşdırma 
213‐3.1.  Qiymətli  metallar  və  qiymətli  daşlardan  zərgərlik  və  digər məişət 
məmulatlarının  hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər tərəfindən  dövlət  əyar 
damğalarını saxtalaşdırma‐
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
213‐3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə‐
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
ONUNCU BÖLMƏ 
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
25-ci fəsil 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 214. 
Terrorçuluq 
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, 
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul 
edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər 
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin 
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin 
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -


əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
214.2. Eyni əməllər: 
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
214.2.2. təkrar törədildikdə; 
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə 
törədildikdə; 
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya 
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar 
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin 
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 214-1. 
Terrorçuluğu maliyyələşdirmə 
Əldə  olunma  mənbəyindən  asılı  olmayaraq,  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219‐
1,  277,  278,  279,  280  və  282‐ci  maddələrində  nəzərdə  tutulmuş  əməllərin  şəxs  və  ya  qrup 
(dəstə, təşkilat)  tərəfindən  hazırlanmasının,  təşkil  olunmasının  və  ya  törədilməsinin 
maliyyələşdirilməsi  üçün,  yaxud  göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya 
hə‐min  məqsədlə  yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə 
olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 

əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  terror  aksiyalarının  törədilməsində  və  ya  törədilməsinə  cəhddə 
faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini 
aradan qaldırmır. 
2. Bu Məcəllənin 214‐1‐ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında 
xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun 
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 215. 
Adamları girov götürmə 
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər 
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi 
girov götürmə və ya saxlama— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


215.2. Eyni əməllər: 
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
215.2.2. təkrar törədildikdə; 
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə 
törədildikdə; 
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə; 
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
215.2.8. tamah niyyəti ilə törədildikdə— 
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər 
ağır nəticələrə səbəb olduqda— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov 
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə 
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai 
təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa 
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 217. 
Banditizm 
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar 
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak 
etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 218. 
Cinayətkar birlik (təşkilat) yaratma 
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) 
yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur 
bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə