Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır 
və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
262.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 263. 
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs 
tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb 
olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat 
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
263.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən 
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş 
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa 
özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur. 
Maddə 264. 
Yol nəqliyyat hadisəsi yerindən qaçma 
Bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat 
vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan 
şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması— 
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
KM2 
Maddə 265. 
Nəqliyyat_vasitələrini_və_ya_yolları_yararsız_vəziyyətə_salma'>Nəqliyyat_vasitələrini_keyfiyyətsiz_təmir_etmə_və_ya_onları_texniki_cəhətdən_nasaz_vəziyyətdə_işə_buraxma'>Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən 
nasaz vəziyyətdə işə buraxma 


265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi
habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki 
cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş 
şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 266. 
Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma 
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya 
nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına 
səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 267. 
Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma 
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263 və 264-cü 
maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya 
nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 268. 
Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı 
təhlükəsizlik qaydalarını pozma 
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik 
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır 
zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və 
ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 269. 
Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi 
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun 
heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək 
göstərməməsi— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 270. 
Beynəlxalq uçuş qaydalarını pozma 
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş 
yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma— 
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
30-cu fəsil 
KOMPÜTER INFORMASIYASI SAHƏSINDƏ CINAYƏTLƏR 
Maddə 271. 
Kompüter informasiyasına qanunsuz olaraq daxil olma 
271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron­
hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların 
şəbəkələrində olan infomasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın 
məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud 
EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb 
olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə