Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

Maddə 288.
 Ədalət  mühakiməsinin  və  ya  ibtidai  istintaqın  həyata  keçirilməsi  ilə 
əlaqədar hədələmə və ya zor tətbiq etmə 
288.1. İşin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, andlı 
iclasçıları, habelə onların yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər 
vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
288.2. Eyni əməllər işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai 
istintaqın aparılması, hökmün yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, 
müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, məhkəmə nəzarətçisi, məhkəmə icraçısı, 
habelə onların yaxın qohumları barəsində törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
288.3. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və 
ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
288.4. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və 
ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 289. 
Məhkəməyə hörmətsizlik etmə 
289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə— 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 290. 
Təqsiri olmadığını bilə‐bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə 
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə 
bağlı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 291. 
Qanunsuz_olaraq_cinayət_məsuliyyətindən_azad_etmə'>Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə 
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya 
təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə— 


iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 292. 
Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama 
292.1. Bilə-bilə qanunsuz tutma— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
292.3. Bu Məcəllənin 292.1 və ya 292.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır 
nəticələrə səbəb olduqda— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 293.
 İfadə verməyə məcbur etmə 
293.1. Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə 
zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq 
etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə 
eksperti rəy verməyə məcbur etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
293.2. Eyni əməllər işgəncə verməklə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 294. 
Sübutları saxtalaşdırma 
294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların 
saxtalaşdırılması— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
294.2. Cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutları 
saxtalaşdırma— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
294.3. Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, 
habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 295. 
Bilə‐bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma 


295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm 
ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 296. 
Bilə‐bilə yalan xəbərçilik etmə 
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə— 
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək 
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya 
süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 297. 
Bilə‐bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə 
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə 
vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə 
yanlış tərcümə etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək 
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə 
bağlı törədildikdə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında 
məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar 
çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət 
məsuliyyətindən azad olunurlar. 
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın 
qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
Maddə 298.
 Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi 
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi— 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz iyirmi saatdan yüz səksən 
saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına 
qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə