Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

Maddə 299.
 İfadə  verməkdən  boyun  qaçırmağa,  yalan  ifadə  və  ya  yalan  rəy  verməyə, 
yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma 
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy 
və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə 
onları pulla ələ alma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya 
tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən 
boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını 
öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə 
törədildikdə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin həyatı 
və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq 
etməklə törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 300. 
Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma 
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən 
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən 
hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması maraqlı 
şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 301. 
Məhkəmə  və  hüquq  mühafizə  orqanları  işçiləri  barəsində  tətbiq  edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma 
301.1. Hakimlər, andlı iclasçılar, məhkəmə nəzarətçiləri, məhkəmə icraçıları, prokurorlar, 
müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai 
qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya 
prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq 
edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi 
ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 302.
 Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma 
302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər 
tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək 
səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən 
edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin 
əhəmiyyətli pozulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
302.2. Eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi 
texniki vasitələrdən istifadə edilməklə törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 303. 
Siyahıya  alınmış və  ya üzərinə  həbs  qoyulmuş, yaxud müsadirə  olunmalı 
əmlak barəsində qanunsuz hərəkətlər 
303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən 
israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə 
həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit 
təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya 
mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş 
hökmünün icra olunmasından başqa cür yayınma— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz manatadək miqdarda cərimə 
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 304. 
Azadlıqdan  məhrum  etmə  yerindən,  həbsdən və  ya  mühafizə  altından 
qaçma 
304.1. Cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən
həbsdən və ya mühafizə altından qaçması— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
304.2. Eyni əməllər: 
304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə