Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmə hədəsi ilə törədildikdə; 
304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla 
törədildikdə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 305. 
Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma 
Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti 
başa çatmaqdan sonra geri qayıtmaması— 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 306. 
Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə 
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını 
qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə — 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək 
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır. 
Maddə 307. 
Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti 
gizlətmə 
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin 
cinayət barəsində xəbər verməmə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən 
hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş 
cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
33-cü fəsil 


Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə 
orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi 
əleyhinə olan cinayətlər. 
Maddə 308. 
Vəzifə səlahiyyətlərindən sui‐istifadə 
308.1.  Vəzifə  səlahiyyətlərindən  sui‐istifadə, yəni  vəzifəli  şəxsin  xidməti  vəzifələrinin 
icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 
öz  qulluq  səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya 
qulluq  mənafeyi  tələb  etdiyi  halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin 
hüquqlarına  və  qanuni  mənafelərinə,  yaxud  cəmiyyətin  və  ya  dövlətin  qanunla  qorunan 
mənafelərinə mühüm zərər vurduqda – 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma və ya  müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum  etmə  və ya  iki 
ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb 
olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət 
nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə 
müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və 
ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər
, beynəlxalq təşkilatların  nümayəndələri, habelə 
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab 
edilən digər şəxslər başa düşülür. 
2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri­
kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə 
cinayət məsuliyyəti daşıyırlar. 
Maddə 309. 
Vəzifə səlahiyyətlərini aşma 
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə 
kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni 
mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər 
vurduqda— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya 
zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə 
etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə