Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 278. 
Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama 
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ 
keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında 
məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada 
kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi 
yoxdursa, cinayət məsuliyyətindən azad olunur. 
Maddə 279. 
Qanunvericiliklə  nəzərdə  tutulmayan  silahlı  birləşmələri  və  ya  qrupları 
yaratma 
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr 
və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları 
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla 
təchiz etmə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların 
tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına 
və ya digər ağır nəticələrə səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 280. 
Silahlı qiyam 
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan 
Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya 
qiyamda fəal iştirak etmə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 281. 
Dövlət_əleyhinə_yönələn_açıq_çağırışlar'>Dövlət əleyhinə yönələn açıq çağırışlar 
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan 
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün 
parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici 
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 282. 
Təxribat 
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini 
zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin 
həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, 
yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya 
insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 283. 
Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin 
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların 
hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn 
hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla 
törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
283.2. Eyni əməllər: 
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 284. 
Dövlət sirrini yayma 
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona 
məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri 
olmadıqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 


beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 285. 
Məzmununda dövlət sirri olan sənədləri itirmə 
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan 
əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması 
nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
32-ci fəsil 
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 286.
 Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma 
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə 
fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
286.2. İşin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, 
müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 287.
 Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına 
qəsd etmə 
İşin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması 
yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə 
mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı iclasçıların, habelə 
prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, məhkəmə nəzarətçisinin, 
məhkəmə icraçısının, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə