Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

Maddə 341. 
Hakimiyyətdən  sui‐istifadə  etmə,  hakimiyyət həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə 
341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə 
etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə 
etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə 
törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
341.2. Eyni əməllər: 
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə
341.2.2. silah tətbiq olunmaqla törədildikdə; 
341.2.3. ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 342. 
Qulluğa səhlənkar yanaşma 
342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər 
vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş 
şəraitində törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 343. 
Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə 
Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa 
vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi— 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 344. 
Batmaqda olan hərbi gəmini tərk etmə 
344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən 
komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil 
olan şəxsin tərk etməsi— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 


344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 345. 
Döyüş  meydanını  özbaşına  tərk  etmə  və  ya  silah  işlətməkdən  boyun 
qaçırma 
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah 
işlətməkdən boyun qaçırma— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb 
olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 346.
 Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri 
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya 
onlarla amansızcasına rəftar etməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 347. 
Hərbi əmlakı itirmə 
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat 
vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını 
pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda— 
iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 348. 
Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə 
348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə 
və ya məhv etmə ağır nəticələrə səbəb olduqda— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 349. 
Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə 


349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya 
zədələmə, digər cinayətin əlamətləri olmadıqda— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
349.2.1. təkrar törədildikdə; 
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə; 
349.2.3. ağır nəticələrə səbəb olduqda; 
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 350. 
Silahla  və  ətrafdakılar  üçün  yüksək təhlükə  törədən  əşyalarla  davranış 
qaydalarını pozma 
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə 
ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və 
ya sair ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli 
hərbi hissədə saxlama ilə cəzalandırılır. 
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya 
daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 351. 
Maşınları idarəetmə və istismar qaydalarını pozma 
351.1. Döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli 
hərbi hissədə saxlama və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan 
məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki ildən 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya 
daha çox şəxsin ölümünə səbəb olduqda— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə