Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi 
barədə təhqiredici hərəkətlər— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 325. 
Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma 
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının 
dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 326. 
Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə 
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə 
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə— 
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər 
mühüm şəxsi sənədini oğurlama— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
ON IKINCI BÖLMƏ 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
35-ci fəsil 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 327. 
Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı 
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun 
və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş 
qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama 
toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları 
əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan 
cinayətlər hesab olunur. 
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı 
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur. 
Maddə 328.
 Əmri icra etməmə 


328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə 
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə 
yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
328.2. Eyni əməllər: 
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil 
dəstə tərəfindən törədildikdə; 
328.2.2. ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu 
əməllər ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə 
vəziyyətində olması başa düşülür. 
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması, 
hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir. 
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı 
aparması başa düşülür. 
Maddə 329. 
Rəisə  müqavimət  göstərmə  və  ya  onu  qulluq  vəzifəsini  pozmağa məcbur 
etmə 
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə, 
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
329.2. Eyni əməllər: 
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
329.2.2. silah tətbiq etməklə törədildikdə
329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır 
nəticələrə səbəb olduqda— 


üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 330. 
Rəisə qarşı zorakı hərəkətlər etmə 
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına 
yüngül zərər vurma və ya onu döymə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
330.2. Eyni əməllər: 
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 
330.2.2. silah tətbiq etməklə törədildikdə; 
330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, 
habelə digər ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya 
döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 331. 
Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə 
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi— 
altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli 
hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini 
təhqir etməsi— 
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 332. 
Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin nizamnamə qaydalarını pozma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə