Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 80.1.2-ci maddədə "beş" sözü "yeddi" sözü ilə əvəz edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 80.1.3-cü maddədə "on" sözü "on iki" sözləri ilə əvəz edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 80.4-cü maddədə  "bəşəriyyət" sözü "insanlıq" sözü ilə əvəz 
edilmişdir. 
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə 
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu  (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 
№5, maddə 258) ilə 80.4-cü maddədə  "sülh və insanlıq  əleyhinə" sözlərindən sonra 
"terrorçuluq, terrorçuluğu maliyyələşdirmə" sözləri əlavə edilmişdir. 
KM 
8  iyul  2008‐cil  Azərbaycan  Respublikasi  Konstitusiya  Məhkəməsi  Plenumunun  Qərarına 
(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №4/2008) əsasən 
Azərbaycan  Respublikası  Cinayət Məcəlləsinin  83.2‐ci  maddəsi  yalnız  məhkəmənin  ittiham 
hökmünə əsasən: 
cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi; 
amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. 
KM3 
28 may 2009‐cu il tarixli  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 
Qərarı  (“Respublika”  qəzeti  28  may  2009‐cu  il,  №  114)  ilə  Azərbaycan  Respublikası  Cinayət 
Məcəlləsinin  83.3,  83.4‐cü  maddələrinin  mənasına  görə  şəxs  cinayətlərin  və  ya  hökmlərin  məcmusu 
üzrə  məhkum  olunduqda,  məhkumluğun  ödənilmə  müddətinin  axımı  cinayətlərin  və  ya  hökmlərin 
məcmusu  üzrə  təyin  edilmiş  qəti  cəzanın  çəkilib  qurtarması  və  ya  cəzadan  azad  edilməsi  anından 
başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 


16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  454)  ilə  85.2‐ci 
maddədə  “Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş 
şərti  maliyyə  vahidi  məbləğinin  otuz  mislindən  üç  yüz  mislinədək”  sözləri  “altı 
yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
30  dekabr  2005‐ci  il  tarixli  50-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  2, 
maddə  75)  ilə  89.2‐ci  maddənin  birinci  cümləsində  ʺtəlim‐tərbiyəʺ  sözləri  ʺqapalı 
tipli xüsusi təlim‐tərbiyə müəssisəsindəʺ sözləri ilə əvəz edilmiş, ikinci cümləsi yeni 
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə  məhkum olunmuş yetkinlik yaşına 
çatmayanı yalnız belə  şəxslər üçün nəzərdə tutulmuş  təlim  - tərbiyə  və ya tibbi-tərbiyə 
müəssisəsində yerləşdirməklə  cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin 
şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayanın göstərilən müəssisələrdə 
qalma müddəti, onun törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş cəzanın yuxarı 
həddindən çox ola bilməz. 
30 dekabr 2005-ci il tarixli 50-IIIQD 
nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  2, 
maddə  75)  ilə  89.3‐cü  maddə  yeni  redaksiyada  verilmişdir.  Əvvəlki  redaksiyada 
deyilirdi: 
89.3. Yetkinlik yaşına çatmayanın islah olunduğu və bununla bağlı qeyd edilən tədbirin 
tətbiqinə zərurətin aradan qalxdığı barədə müvafiq dövlət orqanının rəyinə əsasən həmin şəxs, 
göstərilən müəssisədən bu Məcəllənin 89.2-ci maddəsində  nəzərdə tutulmuş müddətlər başa 
çatmamış da buraxıla bilər. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə VII bölmənin adında  "bəşəriyyət" sözü "insanlıq"  sözü ilə əvəz 
edilmişdir 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 16-cı  fəslin adında  "bəşəriyyət" sözü "insanlıq" sözü ilə əvəz 
edilmişdir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə