Çağırışaqədərki hazırlıq fənni üzrə ümumi təlim nəticələri Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird



Yüklə 37,52 Kb.
tarix14.06.2018
ölçüsü37,52 Kb.

Çağırışaqədərki hazırlıq

1. Çağırışaqədərki hazırlıq fənni üzrə ümumi təlim nəticələri

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

  • Azerbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, strukturu, inkişafı haqqında məlumatları, hərbi xidmət və hərbi vəzifə barədə qanunun tələblərini şərh edir;

  • Azərbycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında olan hərbi texnika, silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, kütləvi qırğın silahlarının dağıdıcı faktorlarından və müxtəlif xarakterli fövqəladə hadisələrdən mühafizə və tibbi yardım üzrə bacarıqlara, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

  • müxtəlif xarakterli fövqəladə hallarla əlaqədar yarnmış vəziyyətlərdə hərəkət və davranış qaydaları üzrə üsul və vasitələrdən istifadə edir;

  • sıra təliminin tələbləri üzrə bütün elementləri mülki müdafiə və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir;

  • müasir ordu quruculuğu şəraitində Azərbaycan Silahlı Qüvvələrini qonşu və digər inkişaf etmiş dövlətlərin orduları ilə müqayisə edir, onların təşkilatı, silahlanması və manqa səviyyəsində taktiki hərəkəti barədə məlumat verir.

2.Məzmun xətləri üzrə ümumi təlim nəticələri

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri



1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları

Şagird:


  • Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi, strukturu və başqa silahlı birləşmələr haqqında məlumatları şərh edir;

  • hərbi xidmət haqqında qanun və nizamnamələrin tələblərini şərh edir.

2.Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı

Şagird:


  • Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında olan hərbi texnika, silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;

  • topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

  • sıra təlimi elementlərinə və fiziki hazırlıq üzrə normativlərə uyğun bacarıqlar nümayiş etdirir;

  • kütləvi qırğın silahlarının törətdiyi və müxtəlif xarakterli fövqəladə hadisələrlə əlaqədar yaranmış vəziyyətlərdə üsul və vasitələrdən qaydalara uyğun istifadə edir;

  • mülki müdafiəyə aid normativləri yerinə yetirir.

3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:


  • yaralanma və zədələr zamanı zəruri olan ilk tibbi yardım vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.Siniflər üzrə təlim nəticələri və məzmun standartları

X sinif

X sinfin sonunda şagird:

  • Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını, Azərbaycan Silahlı Qüvvələrinin strukturunu, dövlət atributlarını və hərbi atributları təsvir edir;

  • daxili xidmət, qarnizon qaravul xidməti və intizam nizamnamələri haqqında təqdimatlar edir;

  • müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini və istifadə qaydalarını şərh edir;

  • ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti şərh edir;

  • fövqəladə hadisələri və kütləvi qırğın silahlarının dağıdıcı vasitələri haqqında məlumatları, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarının quruluşunu və iş prinsiplərini, sağlam həyat tərzinin mahiyyətini, kimyəvi, bioloji və bakteriyoloji vasitələr, yoluxucu xəstəliklər haqqında biliklərini şərh edir;

  • zədələnmə ocaqlarında ilk tibbi yardım göstərir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları

Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Dövlət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir.

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturu və vəzifələri barədə təqdimatlar edir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.

1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəlarını şərh edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.

1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.

2.Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı.

Şagird:

2.1. Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir.

2.1.1. Müasir ümumqoşun döyüşünün növlərini və döyüş təminatını izah edir.

2.2. Müasir döyüş vasitələri barədə bilik və bacarıqlar nümayiş etdirir.

2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar edir.

2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı barədə biliklərini şərh edir.

2.3. Topoqrafiya üzrə bacarıqları nümayiş etdirir.

2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti şərh edir.

2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında biliklər nümayiş etdirir.

2.4.1. Fövqəladə hadisələri təsnif edir.

2.4.2. Kütləvi qırğın silahları haqqında biliklər nümayiş etdirir.

2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.

2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.

2.5.2. Kollektiv mühafizə vasitələrindən istifadə edir.



4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:

4.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.

4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır.

4.2. İlk tibbi yardımın göstərilməsi barədə bacarıqlar nümayiş etdirir.

4.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərmək haqqında biliklərini şərh edir.

4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək barədə biliklər nümayiş etdirir.

4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

XI sinif

XI sinfin sonunda şagird:


  • Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı, struktur vəzifələri, hərbi nizamnamələrdəki ümumi müddəaları, qarnizon, qarovul xidməti və sıra təlimi qaydalarını nizamnaməyə uyğun şərh edir;

  • hədəflərə uyğun mübarizə üsullarını müəyyənləşdirir;

  • atıcı silahlardan istifadə qaydaları və onlra texniki xidmət barədə, mühəndis maneələr haqqında, minalar, onların ümumi quruluşu və istifadə qaydalarına dair təqdimatlar edir;

  • topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;

  • fövqəladə hadisələr zamanı əhalini və obyektləri mühafizə qaydalarını şərh edir;

  • sağlamlığa təsir edən amillər, yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında təqdimatlar edir;

  • fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasına və ilk tibbi yardıma dair qaydaları tətbiq edir;

  • radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları

Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və inkişafı haqqında təqdimatlar edir.

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.

1.2.1. Hərbi nizamnamələrin yerinə yetirilməsinin məsuliyyətini dərk edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.

1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.

2.Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı

Şagird:

2.1. Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir.

2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarını izah edir.

2.1.2. Mühəndis maneələr haqqında anlayışlara malik olduğunu nümayiş etdirir.

2.2. Müasir döyüş vasitələri haqda biliklər nümayiş etdirir.

2.2.1. Atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət haqqında bilik və bacarıqlar nümayiş etdirir.

2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir.

2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.

2.3.1. Topoqrafik xəritələrdən istifadə haqqında təqdimatlar edir.

2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında bilik və bacarıqlar nümayiş etdirir.

2.4.1. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.

2.4.2. Obyektlərdə mühafizə qaydalarını şərh edir.

2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.

2.5.1. Müxtəlif fərdi mühafizə vasitələrini fərqləndirir və onlardan istifadə edir.

2.5.2. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarından istifadə bacarıqları nümayiş etdirir.

3.Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:

4.1. Sağlam həyat tərzi barədə biliklər nümayiş etdirir.

4.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimatlar edir.

4.2. İlk tibbi yardımın göstərilməsi barədə bilik və bacarıq nümayiş etdirir.

4.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarını tədbiq etmək haqqında biliklər nümayiş etdirir.

4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqları nümayiş etdirir.



4.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklər nümayiş etdirir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə