Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 325.
Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının
dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 326.
Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər
mühüm şəxsi sənədini oğurlama—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ON IKINCI BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35-ci fəsil
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 327.
Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun
və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş
qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama
toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları
əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan
cinayətlər hesab olunur.
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur.
Maddə 328.
Əmri icra etməmə
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə
yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
328.2. Eyni əməllər:
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
328.2.2. ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu
əməllər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə
vəziyyətində olması başa düşülür.
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması,
hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir.
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı
aparması başa düşülür.
Maddə 329.
Rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur
etmə
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə,
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
329.2.2. silah tətbiq etməklə törədildikdə;
329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır
nəticələrə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 330.
Rəisə qarşı zorakı hərəkətlər etmə
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına
yüngül zərər vurma və ya onu döymə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.2. Eyni əməllər:
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
330.2.2. silah tətbiq etməklə törədildikdə;
330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə,
habelə digər ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 331.
Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi—
altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli
hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini
təhqir etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 332.
Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma
Dostları ilə paylaş: |