200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar,
həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların
satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və
ya ağır zərər vurulmasına səbəb olduqda —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa
düşülür.
Maddə 200‐1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
200‐1.1. Bilə‐bilə keyfiyyətsiz, normativ‐texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda
törədildikdə ‐
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç min manatdan beş min
manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
200‐1.2. Eyni əməllər:
200‐1.2.1. təkrar törədildikdə;
200‐1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
200‐1.2.3. külli miqdarda törədildikdə ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200‐1.3. Bilə‐bilə keyfiyyətsiz, normativ‐texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200‐1.4. Bu Məcəllənin 200‐1.3‐cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə
min manatdan iki min manatadək olan məbləğ,
200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür
Maddə 201.
Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun
bağlanmasından imtinaya məcbur etmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 202.
Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və
ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin
məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan
vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Maddə 202‐1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma
202‐1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti‐nə aid sənəd və məlumatların
və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
202‐1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
ʺMaddə 202‐2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202‐2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya
başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün
üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə
etməklə törədildikdə ‐
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə
və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə,
əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
202‐2.2. Eyni əməllər:
202‐2.2.1. təkrar törədildikdə;
Dostları ilə paylaş: |