Maddə 207.
Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və
xarici
ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə
Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 208.
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli
miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar»
dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
Maddə 209.
Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1.
təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük
ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd
min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Maddə 210.
Müflisləşmə zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının,
olduğu yerin, yaxud əmlak
haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks
etdirən mühasibat və
ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli
miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı
kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun
üstünlük
verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə
bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 211.
Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin
manefeyi naminə qəsdən ödəmə
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 212.
Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini
təxirə salmaq və ya möhlət
almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan
etməsi xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 213.
Vergi ödəməkdən yayınma
KM1
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə ʺxeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, ʺkülli
miqdarʺ dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Maddə 213-1.
Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka
olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara
çıxarma və ya idxal etmə
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları)
belə marka olmadan xeyli
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma
və ya idxal etmə -
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.2. Eyni əməllər:
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə iki
min manatdan yuxan olan məbləğ başa düşülür.
Maddə 213‐2.
Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma