Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

Maddə 207. 
Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi,  arxeoloji 
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan 
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və 
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə 
Azərbaycan Respublikasına qaytarmama— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 208. 
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində 
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan 
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli 
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» 
dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür. 
Maddə 209. 
Gömrük ödənişlərinin ödənilməsindən yayınma 
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
209.2.1. təkrar törədildikdə
209.2.2. külli miqdarda törədildikdə— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd 
min manatdan yuxarı olan məbləğ başa düşülür. 
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində 
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 


Maddə 210. 
Müflisləşmə zamanı qanunsuz hərəkətlər 
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak 
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak 
haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın 
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və 
ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli 
miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün 
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı 
kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük 
verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə­
bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 211. 
Qəsdən müflisləşmə 
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə 
fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə 
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 212. 
Saxta müflisləşmə 
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə 
fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət 
almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün 
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan 
etməsi xeyli miqdarda ziyan vurduqda— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə  213. Vergi ödəməkdən yayınma 
KM1 
213.1.  Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqlarını 
ödəməkdən yayınma ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  min  manatdan  iki  min 
manatadək miqdarda cərimə və ya  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
213.2. Eyni əməllər: 
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
213.2.2. külli miqdarda törədildikdə ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç 
ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  maddədə  ʺxeyli  miqdar”  dedikdə,  iki  min  manatdan  əlli  min  manatadək  olan  məbləğ,  ʺkülli 
miqdarʺ dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
  2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində 
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
Maddə 213-1. 
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları)  belə  marka 
olmadan  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının  hüdudlarından  kənara 
çıxarma və ya idxal etmə 
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli 
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma 
və ya idxal etmə -
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir 
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
213-1.2. Eyni əməllər: 
213-1.2.1. külli miqdarda törədildikdə; 
213-1.2.2. təkrar törədildikdə; 
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə iki 
min manatdan yuxan olan məbləğ başa düşülür. 
Maddə 213‐2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə