Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
222‐1.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 222-2.
Müvafiq  icazə  almadan  mühafizə  zonalarında  tikinti  və  ya  quraşdırma 
işləri aparma 
222‐2.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
müvafiq  icazə  almadan  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan 
elektrik  şəbəkələrinin,  metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su 
təchizatı  və  kanalizasiya  sistemlərinin  texniki  qurğularının,  neft  buruqlarının,  avtomobil 
yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 
222‐2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
 üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  222‐3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan 
tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını 
qərəzli olaraq İcra etməmə 
Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan  tikinti,  yenidən 
planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması 
işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra 
etməmə ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 223. 
Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma 


223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik 
qaydalarının pozulması, əgər bu əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb ola 
bilərdisə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
223.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 224. 
Partlayıcı,  tez  alışan  maddələrin  və  ya  pirotexniki  məmulatın  uçotu, 
saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma 
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və 
istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla 
qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  224‐1.  İkili  təyinatlı  mallardan  (işlərdən,  xidmətlər‐dən,  əqli  fəaliyyətin 
nəticələrindən) istifadə qaydalarını pozma 
Kütləvi  qırğın  silahlarının,  silahların,  hərbi  texnikanın  və  sursatların  yaradılmasında  və 
hazırlanmasında  istifadə  oluna  bilən  ikili  təyinatlı  mallardan  (işlərdən,  xidmətlərdən,  əqli 
fəaliyyətin  nəticələrindən)  sifariş  edilmiş  məqsədlər  üçün  istifadə  olunması  dövlətin  milli 
təhlükəsizliyi və maraqlarına zərər vurduqda — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 224-2. İxrac rejimini pozma 
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu 
malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə İxrac 
olunması — 
bir ildən iki İlədək müddətə islah İşləri və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır. 
Maddə 225. 
Yanğın təhlükəsizliyi qaydalarını pozma 
225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs 
tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır 
və ya ağır zərər vurulmasına səbəb olduqda— 


yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 226. 
Radioaktiv_materiallarla_qanunsuz_davranma'>Radioaktiv materiallarla qanunsuz davranma 
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına 
vermə və ya dağıtma— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
226.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 227. 
Radioaktiv materialları talama və ya hədə‐qorxu ilə tələb etmə 
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə— 
min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
227.2. Eyni əməllər: 
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
227.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək 
hədəsi ilə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə