Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

202‐2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə ‐
üç  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç  ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə, 
əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd:  Bu  Məcəllənin  202‐2.1‐ci  maddəsində  ʺinsayderʺ  dedikdə  Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsinin 1078‐46.2 və 1078‐47‐ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. 
Maddə 203. 
Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma 
203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil 
edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya 
prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq 
edilməsi xeyli miqdarda ziyan vurduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz saatadək 
ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 203‐1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
203‐1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli 
kağızlar  bazarının  iştirakçılarının  qiymətli  kağızlarla  əqdlər  üzrə  qiymətli  kağızların  bazar 
qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni 
olaraq  dəyişdirilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə 
və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
203‐1.2. Eyni əməllər: 
203‐1.2.1. təkrar törədildikdə; 
203‐1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 


203‐1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya‐
telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə 
və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum  edilməklə  və ya  edilməməklə, əmlakı müsadirə  olunmaqla  altı ildən 
oıi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 204. 
Saxta_kredit_və_ya_hesab_kartlarını_və_ya_başqa_ödəniş_sənədlərini_hazırlama,_əldə_etmə_və_ya_satma'>Saxta_pul_və_ya_qiymətli_kağızlar_hazırlama,_əldə_etmə_və_ya_satma'>Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici 
valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama 
, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə
204.3.2. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 205. 
Saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş  sənədlərini 
hazırlama, əldə etmə  və ya satma 
205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş 
sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
205.2. Eyni əməllər: 
205.2.1. təkrar törədildikdə; 
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə
205.2.3. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 


Maddə  205‐1.  Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma 
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma –  
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 206. 
Qaçaqmalçılıq 
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük 
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan 
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və 
digər əşyaların külli miqdarda keçirilməsi— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, 
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov 
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, 
nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının 
hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən 
keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş 
strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud 
sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, 
yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə; 
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.4. Bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd: Bu maddədə «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan 
məbləğ başa düşülür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə