Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 219. 
Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma 
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə 
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.2. Eyni əməllər: 
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək 
hədəsi ilə törədildikdə
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə; 
219.2.4. təkrar törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər 
ağır nəticələrə səbəb olduqda— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 219-1. 
Dəniz quldurluğu 
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə  
və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın -
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
219-1.2. Eyni əməllər: 
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə -


əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan məhrum  
etmə ilə cəzalandırılır. 
219-1.3. Eyni əməllər: 
219-1.3.1. təkrar törədildikdə; 
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən on beş ilədək azadlıqdan məhrum  
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 220. 
Kütləvi iğtişaş 
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, 
partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə 
silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə 
iğtişaşlarda iştirak etmə— 
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi 
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Maddə 221. 
Xuliqanlıq 
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik 
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 
hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən 
qərəzli hərəkətlər— 
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
221.2. Eyni əməllər: 
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın 
pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət 
göstərməklə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə 
törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik 
qaydalarını pozma 
222.1.  Tikintinin  planlaşdırılması,  ona  rəhbərlik  edilməsi,  habelə  tikinti  obyektinin 
sökülməsi  və  ya  bu  obyektdə  yenidənqurmanın  aparılması  zamanı  işlərin,  eləcə  də  mədən 
işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat 
və sağlamlığı üçün real təhlükə yaratdıqda ‐
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır 
zərərin vurulmasına səbəb olduqda ‐
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 222‐1. Özbaşına tikinti işləri aparma 
222‐1.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  razılığını  almadan  özbaşına  bina  və  qurğular  tikmə,  mövcud  tikililərin 
konstruksiyasında  dəyişiklik  etmə,  habelə  bu  tikililərin  funksional  təyinatı  dəyişdirilməklə, 
onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı 
üçün real təhlükə yaratdıqda ‐
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 
222‐1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az 
ağır zərərin vurulmasına səbəb olduqda ‐


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə