Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

271.2. Eyni əməllər: 
271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud elektron­
hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə 
daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə; 
271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 272. 
Elektron‐hesablayıcı_maşınlar_üçün_ziyan_verici_proqramlar_yaratma,_onlardan_istifadə_etmə_və_ya_onları_yayma'>Elektron‐hesablayıcı  maşınlar  üçün  ziyan  verici  proqramlar  yaratma, 
onlardan istifadə etmə və ya onları yayma 
272.1. İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya edilməsinə və ya 
surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına 
səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara 
dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın 
daşıyıcılarından istifadə etmə və ya onları yayma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 273. 
Elektron  hesablayıcı  maşınların  (EHM),  EHM  sisteminin  və  ya  onların 
şəbəkələrinin istismarı qaydalarını pozma 
273.1. EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs 
tərəfindən EHM-ın, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının 
pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya 
modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir 
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə 
cəzalandırılır. 
273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
ON BIRINCI BÖLMƏ 
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
31-ci fəsil 


DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 274. 
Dövlətə_xəyanət'>Dövlətə xəyanət 
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət 
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı 
tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici 
dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici 
dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici 
ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət 
göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan 
Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun 
hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. 
Maddə 275. 
Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən və  Azərbaycan 
Respublikası  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  silahlı  birləşmələrdən 
Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası 
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və 
konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 276. 
Casusluq 
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə 
vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin 
xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə 
olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya 
toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 277. 
Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui‐qəsd etmə (terror aktı) 
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya 
siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun 
həyatına sui-qəsd etmə (terror aktı)— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə