Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil 
etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə — 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
238.2. Eyni hərəkətlər: 
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə
238.2.2. təkrar törədildikdə — 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə 239. 
Narkotik  vasitələri  və  psixotrop  maddələri  əldə  etmək  hüququ  verən 
reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma 
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi 
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 240. 
Güclü  təsir  edən və  ya  zəhərli  maddələrin  satış  məqsədilə  qanunsuz 
dövriyyəsi 
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya 
zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, 
daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün 
avadanlığı qanunsuz satma— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.2. Eyni hərəkətlər: 
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
240.2.2. təkrar törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər: 
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
240.3.2. külli miqdarda törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, 
buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların 
talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


(Çıxarılıb) 
27-ci fəsil 
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR 
Maddə 242. 
Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma 
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, 
yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar
şəkillər və sair əşyalar ilə qanunsuz ticarət— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 243. 
Fahişəliyə cəlb etmə 
243.1. Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə 
və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə 
fahişəliyə cəlb etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
243.2. Eyni əməllər: 
243.2.1. şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə 
törədildikdə; 
243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 244.
 Əxlaqsızlıq yuvaları saxlama 
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu 
məqsədlər üçün mənzil sahələri vermə— 
iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
244.2. Eyni əməllər: 
244.2.1. təkrar törədildikdə; 
244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 245. 
Qəbir üzərində təhqiredici hərəkət 
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət— 


iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 246. 
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama 
Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya 
korlama— 
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
28-ci fəsil 
EKOLOJİ CİNAYƏTLƏR 
Maddə 247.
  İşlərin  yerinə  yetirilməsi  zamanı  ətraf  mühitin  mühafizəsi  (qorunması) 
qaydalarını pozma 
Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi
tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət 
olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun 
əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların 
kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 248. 
Ekoloji  cəhətdən təhlükəli  maddələrin  və  tullantıların  dövriyyəsi 
qaydalarını pozma 
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş 
qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların 
daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan 
sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda— 
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər 
vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli ekoloji 
vəziyyət zonasında törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya insanların kütləvi xəstələnməsinə səbəb 
olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə