Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

Maddə 228. 
Qanunsuz_olaraq_odlu_silah,_onun_komplekt_hissələrini,_döyüş_sursatı,_partlayıcı_maddələr_və_qurğular_əldə_etmə'>Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini,  döyüş  sursatı, 
partlayıcı  maddələr və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və 
gəzdirmə
KM2 
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov 
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə 
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
228.2. Eyni əməllər: 
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
228.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma 
və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı 
olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— 
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin 
tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 229. 
Qanunsuz olaraq silah hazırlama 
229.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı 
maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.2. Eyni əməllər: 
229.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
229.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.3. Bu Məcəllənin 229.1 və ya 229.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı hazırlama— 
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət tərkibi 
yoxdursa, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 230. 
Odlu silahı diqqətsiz saxlama 
Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa 
şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 231. 
Silahın, döyüş sursatının, partlayıcı maddələrin  və  qurğuların mühafizəsi 
üzrə vəzifələri lazımınca yerinə yetirməmə 
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs 
tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv 
edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 232. 
Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya 
hədə‐qorxu ilə tələb etmə 
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və 
qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.2. Eyni əməllər: 
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
232.2.2. təkrar törədildikdə; 
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər; 
232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
232.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək 
hədəsi ilə törədildikdə— 
əmlakı müsadirə olunmaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 


Maddə 233.
 İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu 
cür hərəkətlərdə fəal iştirak etmə 
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə 
tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal 
fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Maddə 233-1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən 
(mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, 
daşıma, gəzdirmə, başqasına vermə və ya satma 
233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 
əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə 
və ya satma-  
əmlakı müsadirə edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
233-1.2. Eyni əməllər: 
233-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya 
cinayətkar birlik tərəfindən törədildikdə; 
233-1.2.2. təkrar törədildikdə; 
233-1.2.3. ağır nəticələrə səbəb olduqda-
əmlakı müsadirə edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan hər hansı birinin 
qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi, başqasına verilməsi və ya satılmasına görə 
bu Məcəllənin digər maddələrində məsuliyyət nəzərdə tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir. 
Maddə 233‐2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili 
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin 
sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan 
mənafelərinə mühüm zərər vurduqda – 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə