Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

189‐1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
189‐1.1.  Təbii  qaz,  elektrik  və  ya  istilik  şəbəkələrinə  qanunsuz  qoşulmaqla  bu  enerji 
resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə ‐
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
189‐1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə ‐
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
189‐1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi 
olmayan  səlahiyyətli  nümayəndəsinin  işə  vicdansız  və  ya  laqeyd  münasibəti 
nəticəsində  xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə 
yetirməməsi səbəbindən bu Məcəllənin 189‐1.1‐189‐1.2‐ci maddələrində nəzərdə tutulmuş 
əməllərin qarşısının alınmaması – 
üç min manatdan dörd min manatadək miqdarda cərimə  və  ya  üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki ildən  dörd  ilədək  müddətə  azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
189‐1.4.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin  vəzifəli  şəxsi 
olmayan  səlahiyyətli  nümayəndəsinin  xidməti  mövqedən  sui‐istifadə  etməklə  tamah  və  ya 
sair  şəxsi  marağı  üzündən  bu  Məcəllənin  189‐1.1  və  189‐1.2‐ci  maddələrində  nəzərdə 
tutulmuş əməllərin qarşısını almaması ‐
dörd min manatdan beş min manatadək miqdarda cərimə  və  ya üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya dörd ildən  altı  ilədək  müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: 
Bu  Məcəllənin  189‐1.1  və  189‐1.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
24-cü fəsil 
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 


Maddə 190. 
Qanuni sahibkarlıq fəaliyyətinə mane olma 
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina 
etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata 
keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və 
ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı 
olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni 
maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının 
müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz 
müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə 
etməklə törədildikdə— 
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 190, 192, 193, 194—198, 202—205, 210—212-ci maddələrində «xeyli miqdar» dedikdə, min 
manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 191. 
Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı 
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair 
şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq 
kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən 
azaltma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır. 
Maddə 192. 
Qanunsuz sahibkarlıq 
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət 
qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq 
(lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə 
olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən 
sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda 
ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
192.2. Eyni əməllər: 
192.2.1. külli miqdarda ziyan vurduqda
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 


üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 193. 
Yalançı sahibkarlıq 
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak 
mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq 
fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması 
xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə — 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193.2. Eyni əməllər: 
193.2.1. külli miqdarda ziyan vurduqda; 
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə — 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 193-1.  Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər  əmlakı 
leqallaşdırma 
193-1.1. 
Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı 
leqallaşdırma, yəni: 
193‐1.1.1.  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə‐bilə  pul  vəsaitləri  və  ya  digər  əmlakın 
əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək və  ya  cinayət  törətmiş  şəxsin  məsuliyyətdən 
yayınması  üçün  ona  kömək  etmək məqsədilə  belə  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul 
vəsaitlərindən və  ya  digər  əmlakdan  istifadə  etməklə  maliyyə  əməliyyatlarının  və  ya  digər 
əqdlərin həyata keçirilməsi; 
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın 
həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların 
yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə 
məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi – iki min manatdan beş min 
manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə 
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193-1.2. Eyni əməllər: 
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
193-1.2.2. təkrar törədildikdə; 
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə