Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə otuz 
manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır. 
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci  maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək 
olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı 
birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər 
hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur. 
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə görə əvvəllər 
məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş bir və ya 
bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.  
Maddə 178. 
Dələduzluq 
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını 
ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— 
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
178.2. Eyni əməllər: 
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
178.2.2. təkrar törədildikdə; 
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və 
ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
178.3. Eyni əməllər: 
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 179. 
Mənimsəmə və ya israf etmə 


179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
179.2. Eyni əməllər: 
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
179.2.2. təkrar törədildikdə; 
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya 
olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
179.3.2. külli miqdarda törədildikdə
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 180. 
Soyğunçuluq 
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
180.2. Eyni əməllər: 
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
180.2.2. təkrar törədildikdə; 
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz 
olaraq girməklə törədildikdə; 
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə  
törədildikdə; 
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
180.3. Eyni əməllər: 
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 


180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 181. 
Quldurluq 
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin 
həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi 
ilə bağlı olan basqın— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər: 
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
181.2.2. təkrar törədildikdə; 
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz 
olaraq girməklə törədildikdə; 
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
181.3. Eyni əməllər: 
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə; 
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 182. 
Hədə‐qorxu ilə tələb etmə 
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının 
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya 
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya 
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə