Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin
video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya 
başqasına verilməsi qanunsuz toplanılması— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və 
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 157. 
Mənzil toxunulmazlığını pozma 
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə 
yaşayanın iradəsi ziddinə mənzilə daxil olma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və 
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 158. 
Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma 
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi 
şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 159. 
Seçki_(referendumda_iştirak)_hüquqlarının_həyata_keçirilməsinə_maneolma'>Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma 
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma -  


yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün 
imza yığılmasına maneolma -  
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə 
maneolma -  
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər; 
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə 
törədildikdə; 
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 159-1. 
Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma 
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) 
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -  
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -  
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qirx saatadək 
ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 160. 
Seçki  (referendum)  komissiyalarının  işinə  müdaxilə  etmə  və  ya  təsir 
göstərmə 
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya 
seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə 
etmə – 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
160.2. Eyni hərəkətlər: 


160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə; 
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri 
düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma 
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin 
saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün 
hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya 
səsvermənin gizliliyinin pozulması -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim 
edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq 
seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
Maddə 167-1. Dinə etiqad etməyə məcbur etmə 
167‐1.1.  Şəxsi  hər  hansı  dinə  (dini  cərəyana)  etiqad  etməyə,  o  cümlədən  dini 
ayin  və  mərasimləri  yerinə  yetirməyə  və  ya  dini  ayin  və  mərasimlərdə  iştirak 
etməyə, habelə dini təhsil almağa məcbur etmə ‐
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
167‐1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv 
olduğu dini qurumdan çıxmasına mane olma ‐
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etməklə cəzalandırılır. 
167‐1.3. Bu məcəllənin 167‐1.1 və ya 167‐1.2‐ci maddələrində nəzərdə tutulmuş 
əməllər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə