Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144.2. Eyni əməllər: 
144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə
144.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; 
144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
144.2.4. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə 
törədildikdə; 
144.2.5. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə 
törədildikdə; 
144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144.3. Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına 
çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və 
ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət 
məsuliyyətindən azad olunur. 
Maddə 144‐1. İnsan alveri 
144‐1.1. İnsan alveri, yəni şəxsin alqı‐satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin 
bağlanması,  yaxud  onun  istismar  edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  dövlət 
sərhədindən  keçirilməsi  üçün  və  ya  eyni  məqsədlə  digər  şəxslərə  verilməsi  üçün  cəlb 
edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi 
– 
əmlakı  müsadirə  olunmaqla  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
144‐1.2. Eyni əməllər: 
144‐1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə; 
144‐1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
144‐1.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın  barəsində 
törədildikdə; 
144‐1.2.5.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
144‐1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
144‐1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə; 


144‐1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla  qəddar, qeyri‐insani, yaxud 
onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə; 
144‐1.2.9.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədilə törədildikdə ‐ 
əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
144‐1.3.  Bu  məcəllənin  144‐1.1  və  144‐1.2‐ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
əmlakı  müsadirə  olunmaqla  on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  maddədə  ʺinsanın  istismarıʺ  dedikdə  məcburi  əmək  (xidmət),  cinsi  istismar,  köləlik,  köləliyə  bənzər 
adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs 
üzərində  qanunsuz  biotibbi  tədqiqatların  aparılması,  qadının  surroqat  ana  kimi  istifadə  edilməsi,  qanunsuz,  o 
cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. 
2.  İnsan  alverindən zərərçəkmiş  şəxsin  istismar  olunmasına  dair  razılığı,  həyat  tərzi,  habelə  əxlaqsız 
davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. 
Maddə 144-2. Məcburi əmək 
144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə 
qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını 
məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə 
-
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
144-2.2. Eyni əməllər: 
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
14-2.2.2. təkrar törədildikdə; 
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində 
törədildikdə; 
144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. 


Maddə 145. 
Qanunsuz_azadlıqdan_məhrum_etmə'>Qanunsuz azadlıqdan məhrum etmə 
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
145.2. Eyni əməllər: 
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 
145.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; 
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
145.2.5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə 
törədildikdə; 
145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
145.3. Bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 146. 
Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə 
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
146.3. Bu Məcəllənin 146.1 və ya 146.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 147. 
Böhtan 
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və 
ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya 
kütləvi informasiya vasitəsində yayma— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə